Türkiyə – Azərbaycan – Pakistan Hərbi Qardaşlıq İttifaqı.

Əgər  Böyük Tanrının bu gün bizə verdiyi tarixi fürsətdən istifadə etməsək, tarixin sübh çağından ayağa qalxmış əcdadlarımızın Arazın o sahilində, bu sahilində bizlərə nəsil-nəsil miras qoyduqları  qədim dövlətçilik tariximizə, düşmənlərimizin öz adlarına çıxdıqları “Avesta” yazısına, “Avesta” tanrılarımıza, mifoloji və filoloji ədəbiyyatımıza,  əcdadlarımızın mənəvi – ruhan dünyasını günümüzədək yaşadan Od məbədlərimizə və  zəngin arxeoloji mədəniyyətimizə bu gün də sahib çıxmasaq, qəflət yuxunu mübarizədən üstün tutsaq,təkcə mənfur düşmənlərimiz haylar/ermənilər deyil,başqa məlum gəlmə qonşular da təkrar-təkrar sahib çıxacaqlar. Vətəninə, dövlətçiliyinə təmənnasız ilahi məhəbbətlə bağlı olan tarixçilərimizi, dilçilərimizi – bütün ziyalılarımızı vətəndaş qeyrətinə, vətəndaş mübarizəsinə  çağırıram! Unutmaq olmaz ki, tarixən güclüyə qul və nökər olmuş erməniləri siyasət taxtasında “peşka” kimi qabağa verən, onların arxasında gizlənməyə çalışan rus “imperatoru” və türkə düşmənçiliyini gizlətməyən məlum güclü dövlətlərə qarşı Ali Baş Komandan İlham Heydəroğlunun sərkərdəliyi altında müzəffər Azərbaycan ordusuna 44 günlük əfsanəvi hərb tarixini qazandıran səbəb xalqımızın vahid “Dəmir yumuruq”da birləşməsində idi. Bu baxımdan məşhur Rokfeller ailəsinin ötən yüz illiklərdən gələn türk düşmənçiliyi siyasəti ailənin davamçısı olan Devid Rokfellerin aşağıdakı etirafı bu gün dünya cahangirlərinin yuxusunu qarışdıran “antiturançılıq” siyasəti ilə səsləşməsi XXI əsr “Türk intibahı”nın ayaq səslərindən xəbər verir. O, yazır: “İslamiyyəti yıxmaq istəyiriksə, əvvəlcə türkiyədən başlamalıyıq. Bu türklər əslində birləşib bir araya gəlsələr, qarşılarında heç bir güc dayana bilməz. Bu üzdən belə bir olacağa qarşı ajanlarımız hər an tətikdə gözləyirlər. Türk dövlətlərində açar movqelərdə adamlarımız, aralarında ən ufaq bir yaxınlaşma sezdikdə o an sabitliyi pozacaq olaylar və zərbələrlə bunun qarşısını alırlar.”

Devid Rokfellerin qorxduğu başına gəldi. Ali Baş Komandan İlham Heydəroğlu “əziz qardaşım” dediyi Rəcəb Təyyib Ərdoğanın mənəvi, siyasi və düşməni lərzəyə gətirən üstü-bərabəri olmayan hərbi texnika köməyi ilə Birinci Turan sərkərdəsi kimi Qarabağla əlaqədar məlum qüvvətli dövtlərin-xüsusən özünü ev sahibi yerində görən işğalçı rusiyanın 30 ildə qurduqları topdağıtmaz mötəşəm istehkamları 44 gündə darmadağın etdi, Böyük Turanın XXI əsr əfsanəvi hərb tarixinin qızıl kitabının ilk səhifəsini yazdı,Qafqazdan türk ellərinə şaxələnəcək Müqəddəs yolun əsasını qoydu. Bu yolun tarixə çevrilməsi üçün bundan sonra nə etmək lazımdır?

Bu gün türk ellərini nəsil-nəsil birləşdirəcək vahid ideoloji mərkəz yaradılması tarixi zərurətdir! Bu “Böyük Turan”ın monolit təməlini qoyacaq “Heydər Əliyev adına Qəhrəman Şuşa Akademiyası” məbədidir. Yaradılacaq akademiya qədirbilən xalqımızın öz ulu öndərinin əziz xatirəsinınə tarixi hədiyyə olardı.

Akademiyaya tələbə mübadiləsi ilə Orta Asiya türk dövlətlərindən və VI əsrdə qərbi Avropanın elmə məlum olmayan ərazisindən “Herodot Skifiyası”na – İskit çöllərinə gəlmiş, babalarımızın “rus” adı ilə tarixə nişan verdikləri slavyanların tarixin daha sonrakı yüz illiklər dönəmindən başlayaraq yaratdıqları rus imperiyasında zaman-zaman nəsil kökü, dili, dini assimilasiyaya məruz qalmış türk ellərindən, Atilla babamızın övladları olan macarlardan, Pakistandan, Əfqanıstandan, Moldoviyanın ən qədim əhalisi olan “Göy türklər”dən – Qaqauzlardan, Balkan türklərindən, Albaniya-Tiranadan, xüsusən son illərdə şiddətli ölüm hədələrinə məruz qalmış iki tatar qardaşın öz şərəflərinə inşa etdikləri “İki ev” anlamı verən Kiyevdən və başqa türk ölkələrindən tələbələr qəbul edilərsə, Türkiyə-Azərbaycan-Pakistan dostluğu və sarsılmaz qardaşlıq birliyi “Böyük Turan” ailəsini tarixə çevirəcəkdir.        

Böyük Tanrının türk xalqlarına qucaq açdığı bu dövrdə Prezident İlham Heydəroğlunun müdrik uzaqgörənliyi ilə bu maarif və təhsil məbədində keçən əsrin əvvəllərindən başlanan və günümüzədək gündəmdə olan “ortaq türk dili” probleminin həlli təməli qoyulacaq və ümumtürk nəsil kökümüzün “Böyük Turan” ailəsində əbədi monolit birliyi yaranacaqdır.

Professor Əjdər İsmayılov (Tağıoğlu).

“Turan Araşdırma Mərkəi”nin sədri.

Qax rayonu, İli (Ulu) Su kəndi. 11 iyun 2021-ci il.

Çap et