Komuz (Qopuz)

Komuz  (Qopuz)
Tarix :

12-01-2022, 20:55

Qopuz - türk milli simli çalğısı

Qopuzun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Alət haqqında ilk məlumata uyğur Koço dövlətinə elçi göndərilmiş Vanyen-Tenin (982 il) kitabında rast gəlirik. Onun yazdıqlarına görə, uyğurların mahnı oxuyarkən çaldıqları əsas musiqi aləti qopuzdur.

Qopuzi-rumi uda oxşar olub, beş tellidir. Bu, Kaşqarlı lüğətində təsvir olunan Orta Asiya qopuzunun eynidir.

qopuzun üç növü mövcud olduğu məlum olur:

  • İkisimli qıl qopuz (və ya "ikilıq") kamanla çalınırdı, kamançaya oxşayır, Orta Asiya xalqları arasında, xüsusilə Qazaxıstanda geniş yayılmış və hazırda istifadə edilməkdədir.

  • Üçsimli qolça qopuz(yəni qol uzunluğunda kasası olan çalğı aləti), və ya qopuzi-ozan uzun çanaqlı və üç tellidir. Çağdaş aşıq sazının sələfi sayılır, Azərbaycan türklərinin istifadə etdikləri ən qədim simli musiqi alətidir. "Kitabi Dədə Qorqud"da daha çox Dədə Qorqud qopuzı adlanır və sakral statusludur. Oğuz igidləri hətta düşmənin əlində qopuz gördükdə belə onu öldürmürlər. “Uşun qoca oğlı Səgrək boyı”nda deyilir: “Oğlan sərmərdi uru turdı. Qılıncının balçağına yabışdı kim, bunı çırpa, gördi kim, əlində qopuz var. Aydır: “Mərə kafər, Dədəm Qorqud qopuzu hörmətinə çalmadım”.

  • Beşsimli qopuz, və ya qopuzi-rumi uda oxşar olub. Bu Kaşqarlı lüğətində təsvir olunan Orta Asiya qopuzunun eynidir.

Qopuz türk xalqlarının yaşadıqları geniş coğrafi ərazilərdə məlum olmuşdur. Onun müxtəlif növləri, hətta bəzi Avropa ölkələrində də (Ukrayna, Polşa, Macarıstan, Moldova) "kobuz", "kobza", "komuz", "komız" və başqa adlarla geniş yayılmışdır. Çox güman ki, bu, eramızın IV-V əsrlərində türk tayfaları olan hunların Avropaya yürüşü (Xalqların Böyük Köçü) zamanı baş vermişdir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ