Türk mətbəxi- Çiy köftə

Türk mətbəxi- Çiy köftə
Tarix :

15-01-2022, 13:08

Tərkibi:

1 baş soğan

4-5 diş sarımsaq

8-10 ədəd göy soğan

1 dəstə cəfəri

3 pomidor

500 q çiy köftelik bulqur (narın)

500 q qoyun qiyməsi (tamamilə yağsız və iki dəfə ət maşınından keçirilmiş)

1 x.q. ədviyyat (ətirli qara istiot, darçın)

2 st. isot

5-6 kubik buz

2 x.q. tomat pastası (yaxud 1 x.q. tomat, 1 x.q. qırmızı bibər pastası)

yoğurmaq üçün buzlu su

duz


Yanına:

kahı

nanə

cəfəri

xiyar

pomidor

limon

Hazırlanması:

Soğanla sarımsağı, təzə soğan və cəfəri yarpaqlarını xırda doğrayın. Pomidorları sürtgəcdən keçirin. Bulqurun kəpəyi olmasın deyə açıq havada azacıq sovurun. Bir ləyəndə yanınıza buzlu su qoyun. Geniş ləyənçəyə qiyməni, doğranmış soğanı, sarımsağın yarısını, sürtgəcdən keçirilmiş pomidoru, ədviyyatı, isotu və buz parçalarını qoyun. Duz səpin

Hamısını yaxşıca yoğurun. Bulquru əlavə edib yenə yoğurun. Bulqur suyu çəkdikcə əlinizi buzlu suda isladıb yoğurmağa davam edin. Sonra tomat (və bibər) pastasını əlavə edin. Dadına baxın, lazım gələrsə, duz əlavə edin. Buz tamam əriyincə və bulqur çeynənəcək yumşaqlığa gəlincə yoğurun.

Sonda doğranmış göy soğan, cəfəri və sarımsağın qalanını əlavə edin, yoğurun.

Boşqaba kağı yarpaqları düzün. Çiy köftədən əlinizlə götürüb azca sıxın, yarpaqların üstünə qoyun. Yanına nanə, cəfəri, doğranmış xiyar, pomidor, limon qoyun.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ