Xarəzmşahlar dövləti

Xarəzmşahlar dövləti
Tarix :

12-01-2018, 17:37

Xarəzmşahlar İmperiyası - bir Türk dövləti. Orta əsrlərdə Amudərya bölgəsi "Xarəzm", hökmdarları isə "Xarəzmşah" olaraq adlanırdı. Paytaxtı Təbriz şəhəri olub. XI əsrin sonlarına doğru bu bölgədə qurulan dövlətə də Xarəzmşahlar adı verildi. Xarəzmşahlar dövləti Məhəmməd Xarəzmşah tərəfindən qurulmuşdur. Bu dövlət Böyük Səlcuq Dövlətini yıxmışdır. 

Xarəzmşahlar sülaləsinin nəsli, Səlcuq Sultanı Məlikşahın saray xidmətində olan Anuş Təkindən gəlir. Səlcuqlu dövlətinə bağlı olaraq mərkəzdən təyin edilən qubernatorlarla idarə olunan bu əyalət Anuş Təkin zamanında sərbəst yaşamağa başlamışdı. 1128-ci ildə Xarəzm qubernatoru olaraq təyin edilən Atsız dövründə yarı müstəqillik qazanılmışdır. 1141-ci ildə Böyük Səlcuq sultanı Əhməd Səncərin Katvan döyüşündə Quru Hıtay tərəfindən məğrubiyyətə uğradılmasından istifadə edən Atsız Səlcuqlulara qarşı üsyan etmiş və 1142-ci ildə Xorasana hücum edərək Merv və Nişaburu işğal etmişdir. Ancaq 1143 və 1147-ci illərdə Əhməd Səncər Atsıza qarşı səfərlər təşkil etmiş və ikinci səfərdə Atsız dövlətin mərkəzi olan Urgençi itirərək təslim olmuşdur Atsız və El Aslan dövrlərində həm İraq Səlcuqları həm də Quru Hıtay elə mübarizə edilirdi. El Aslan, Sultan Səncərin ölümündən sonra müstəqilliyi elan etdi. Ələddin Təkiş dövründə İraq, Azərbaycan, Qaradənizin şimalı, Xorasan və Şərq Türkistanın bir hissəsi ələ keçirilmişdir. Ələddin Təkiş özünü Səlcuqluların varisi elan etmiş və "Səncər" ünvanından istifadə etmişdir. Abbasilər ilə yaxşı əlaqələr qurmuş və Batinilərə qarşı xəlifəni müdafiə etmişdi. Buna görə Səlcuqların varisi olan Xarəzmşahların Ələddin Təkiş dövründə yüksəlişi başlamışdır. Ələddin Təkiş, əvvəl Quru Hıtayı məğlub etdi və 1194-ci ildə Reyddə III Toğrul Bəyin ordusunu məğlubiyyətə uğradaraq İraq Səlcuqlarını yox etmiş və Qərbi İranı ələ keçirmişdir. Xarəzmşahlar qısa müddətdə sərhədlərini Şərq Anadoludan Mavürçövnühirə qədər genişlətdilər. Ələddin Təkişin oğulu olan Ələddin Məhəmmədin dövründə Quru Hitay və Qərb Qaraxanlılar və Şərq Qaraxanlılar məğlub edildi. Bu günki Pakistan və Əfqanıstanı torpaqlarına qatmışdır. Ələddin Məhəmmədin ən böyük arzusu Çini ələ keçirmək idi. Lakin bu dövrdə Monqollar Çini böyük söz sahibi etmişdilər. Odur ki, Monqol təhlükəsini hiss etmiş və onlarla yaxşı dolanmağa çalışmışdır və monqollarla ticarət razılaşması imzalamışdır. Lakin monqol ticarət karvanının Xarəzmşahlar qubernatoru İnalcık tərəfindən talanması və tacirlərin də saqqallarının yandırılıb geri göndərilməsi üzündən monqollarla əlaqələr pozulmuşdur. Bu hadisə tarixə “Otrar faciəsi” kimi daxil olmuşdur. Karvanın talanmasına səbəb karvanda bahalı əşyalar və qiymətli malların olması idi.

1220-ci ildə bütün ölkə monqollarının işğalına məruz qaldı və Xarəzm dövlətinin sonu yaxınlaşdı. Bundan sonra Orta Asiyada monqol işğalı başlanmış və türk dünyasında böyük məğlubiyyətlərə gətirib çıxarmışdır. Ələddinin oğlu Cəlaləddin Xarəzmşah Əfqanıstanda monqollarla mübarizə edərək cənuba çəkilmiş və Hind çayını keçərək Hindistana daxil olmuşdur. Çingiz Xan monqol düzənliyinə döndükdən sonra Cəlaləddin İrana dönüb, İraqdan Azərbaycan bölgəsinə daxil olmuş və 1225-ci ildə Atabəyliklərindən olan Eldənizliləri məğlub edərək Təbrizi almışdır. Cəlaləddin Azərbaycandan hərəkət edərək Gürcüstanı işğal etmiş və Cənub Qafqazdan Şərqi Anadoluya qədər torpaqlarını genişləndirmişdi. Ancaq Cəlaləddinin Şərq Anadolunun suverenliyi səbəbindən Anadolu Səlcuqluları və Suriyanın hökmdarı Eyyubilər ilə ziddiyyəti düşmüşdür. Cəlaləddin Xarəzmşahlar dövlətini yenidən qurmaq istəsə də müvəffəqiyyət qazana bilmədi.1231-ci ildə kürd qiyamçılar tərəfindən öldürüldü. Ölümündən sonra Xarəzmşahlar dövləti tamamilə ortadan çıxdı.

Dövlətin ərazisi İran, Cənubi Qafqaz, Dağıstan, Oman dənizi, Əfqanıstan, Mavəraünnəhir, Xarəzm, Balxaş ilə Aral gölləri arasıdır. (5.000.000 km²).

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ