Urmiya

Urmiya
Tarix :

27-12-2021, 14:05

Urmiya və ya Urmiyə, yerli əhali arasında Urmu — İranın Qərbi Azərbaycan ostanı və Urmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi.

Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir.
2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır. 2016-cı ildə aparılmış rəsmi siyahıyaalmanın yekunlarına əsasən əhalisinin sayı 736,224 nəfərlə İranda ən çox əhalinin yaşadığı 10-cu şəhərdir. Şəhər sakinləri əsasən Azərbaycan dilində danışan azərbaycanlılardır.Bundan başqa Urmiyada kürd, fars, aysor və erməni azlıqlar da yaşayır. Urmiya şəhəri ölkənin böyük kənd təsərrüfatı mərkəzlərindən biridir. Burada əsasən meyvə və tütün yetişdirilir.

Şəhərin xristian irsi günümüzə qədər qorunub saxlanmışdır. Şəhərdə yerləşən bir çox kilsə və kafedrallar bunun əyani sübutudur. Hələ IX əsrdə şəhərdə müxtəlif dinlərə mənsub insanlar birlikdə yaşayırdılar. Əksər hissəsi müsəlmanlardan ibarət olan şəhər nüfuzu bundan başqa xristianlar, yəhudilər, bahailər və sufilərdən təşkil olunmuşdu.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ