Naxçıvan xanlığı

Naxçıvan xanlığı
Tarix :

12-01-2022, 16:45

Naxçıvan xanlığı — Xanlığın əsası kəngərli tayfa başçısı Heydərqulu xan tərəfindən qoyulmuşdur.

Zəngəzur kəndindən başlamış Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. Dağlar xanlığı qala kimi əhatə edirdi. Şimal-qərbdən Dərələyəz dağları, cənub-şərqdən İlanlıdağ, şimal-şərqdən Böyük və Kiçik Ağrı dağları xanlığın sərhədləri boyu uzanırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi. 

1736-cı ildə özünü şah elan edən Nadir şah Muğan qurultayında onun namizədliyinə əleyhinə çıxanlara divan tutdu. Bu qəbildən naxçıvanlılara da işgəncə verildi. Nadir şahın “şah” olmasına etiraz etdiklərinə görə, kəngərlilərin bəzi nüfuzlu nümayəndələri də vətəndən Əfqanıstana sürgün edildi. 1747-ci ildə Nadir şahın süqutundan sonra Azərbaycanda iyirmi xanlıq meydana gəldi. Onların hər birinin Azərbaycan tarixində öz yeri və rolu vardır. Nadir şahın dövləti süquta uğratdığından sonra kəngərli tayfa başçısı Heydərqulu xan yerli feodallara arxalanıb, Ağa Həsəni hakimiyyətdən uzaqlaşdıraraq, özünü xanlığın müstəqil hakimi təyin etdi. XVIII əsrin ortalarında Azərbaycan ərazisində yaranan 18 xanlıqdan biri də Naxçıvan xanlığı oldu. Bu dövrdə xanlığın ali hakimi xan özü idi. Qalan feodalların hamısı ona tabe idilər. 

Naxçıvan xanlığı 1747-ci ildə Heydərqulu xan tərəfindən yaradılıb. 1804-1813-cü illərdə Rusiya-İran müharibəsi zamanı 1808-ci ildə İvan Qudoviçin rəhbərlik etdiyi rus ordusu Naxçıvanı işğal etdi. Ancaq Gülüstan müqaviləsindən sonra Naxçıvan İran tərəfindən ələ keçirildi. 1826-1828-ci illər müharibəsi və Türkmənçay müqaviləsindən sonra Naxçıvan xanlığı 1828-ci ildə Rus İmperiyasının hakimiyyəti altına girdi. Ruslar xanlıq ərazisini İrəvan xanlığı ilə birləşdirdilər və Erməni vilayətini qurdular.

Digər Azərbaycan xanlıqlarında olduğu kimi, Naxçıvan xanlığında da beş növ torpaq mülkiyyəti mövcud idi. 

Dövlət torpaqları divan adlanırdı. Lakin əvvəlki əsrlərdən fərqli olaraq XVIII əsrin ikinci yarısında xanlıqda dövlət torpaqları tədricən əvvəlki əhəmiyyətini itirərək bir növ xanın şəxsi mülkiyyətinə çevrilmişdi. İvan Petruşevski yazır: “XVII əsrin ikinci yarısında dövlət torpaqları ilə xan ailəsinin torpaqları birləşdirilib vəhdət təşkil etmiş və beləliklə də ...şəxsi torpaq sahibliyi divan torpaqları hesabına artmışdır”. Bu torpaqlar xanın və xan ailəsi üzvlərinin varlanmasına şərait yaradırdı. Əksər hallarda divan torpaqları xanın razılığı ilə hər hansı şəxsə bu və ya digər xidmətinə görə tiyul hüququnda istifadəyə verildi.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ