Qazax mətbəxi- Baursaki ponçikləri

Qazax mətbəxi- Baursaki ponçikləri
Tarix :

15-01-2022, 13:09

Baursaki – Qazaxıstan ponçikləridir. Qazaxıstanda bunlarsız bir ziyafət olmur, çünki bu onların “dadlı ənənəsidir”. Hələ isti olanda xüsusilə dadlı olur. 

Tərkibi:

  • 6 stəkan un

  • 1 stəkan su

  • 1 stəkan süd

  • 1 çörək qaşığı şəkər tozu

  • 1/2 stəkan bitki yağı

  • 2 çay qaşığı duz

  • 11 qr maya

Qızartmaq üçün bitki yağı

Hazırlanma qaydası:

Bir qabda südü isidin. Üzərinə ilıq suyu əlavə edin. Maya və şəkər tozunu da töküb  qarışdırın və kənarda köpməsi üçün 3 dəqiqə saxlayın. Dərin bir qabda un, duz və bitki yağını qarışdırın. Üzərinə mayalı süd qarışığını da əlavə edib xəmir yoğurun. Xəmirin üzərini mətbəx dəsmalıyla örtün və 1,5 saat saxlayın. Xəmiri yenidən yoğurun və mayalanması üçün daha 30 dəqiqə saxlayın. Daha sonra xəmiri  0,8 mm qalınlığında dəzgahın üzərinə yayın və kiçik romb formasında kəsin. Onların üzərinə dəsmal örtün və şişməsi üçün 10 dəqiqə saxlayın. Bitki yağını dərin tavada isidin və Baursakiləri qızılı qəhvəyi rəngə çalanadək qızardın. Bişən Baursakiləri tavadan çıxarın və soyuması üçün kağız dəsmalın üzərinə qoyun.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ