I Osman

I Osman
Tarix :

18-01-2022, 15:30

I Osman Qazi (osm.عثمان بك‎ — Osman Bek, türk.Osman Gazi, Birinci Osman1259Söğüt, Biləcik vilayəti – 21 avqust 1326Söğüt, Biləcik vilayəti) — Kiçik Asiyada Osmanlı bəyliyinin ilk hökmdarı (1299–1326). Osmanın hakimiyyəti dövründə bəylik müstəqil oldu, BizansınKiçik Asiyadakı əraziləri hesabına onun sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Osmanın rəhbərliyi altında əsas idarəetmə orqanları yaradıldı Onun atası Ərtoğrul qazi olaraq da bilinir(bəzi mənbələrə görə). O, Osmanlı İmperatorluğunun qurucusu hesab olunur və XX əsrin əvvəllərinə qədər mövcud olan Osmanlı sülaləsinin qurucusudur. Osmanın qılıncı dövlət təbərrükü, taxta çıxmanın təntənəli atributu və iman mübarizəsinin simvoludur. Türk xalqının əhəmiyyətli bir hissəsi Osmanlı İmperiyasının dağılmasından əvvəl özlərini osmanlılar adlandırdılar.

1281-ci ildə atası Ərtoğrul Bəy 90 yaşlarında ikən vəfat edir.

Bir çox tarixçinin ortaq fikrinə görə, bəylik vəzifəsinin Osman bəyə keçməsi sülh yolu ilə olmamışdır və bəylik vəzifəsini üzərinə götürmək üçün Osman Qazi yaxınları ilə "taxt mübarizəsi" aparmışdır. Bu mübarizənin kiminlə aparıldığı və necə inkişaf etdiyi mübahisəlidir, bu haqda tarixçilər fərqli izahatlar vermişlər.

Soldan sağa: Ağca Qoca ilk sərkərdələrdən, Osman Qazi və Qonur Alp ilk sərkərdələrdən

Bir çoxlarının qəbul etdiyi bu izahatlardan birinə əsasən, Osman Qazi əmisi Dündar Qazi ilə bəylik uğrunda münaqişəyə girişmişdir. Bu izahata gőrə Qayı boyunun öndər uluları Dündar Bəyin tərəfini saxlamaqda, boyun gənc igidləri isə Osman Bəyi dəstəkləməkdə idi. Bu münaqişənin necə və nə qədər müddətə davam etdiyi bilinmir. Amma münaqişənin sonunda Osman Bəy qalib gəlmiş və düşmənə qarşı edilən axınlara qarşı çıxdığı bəhanəsi ilə yaşlı Dündar Bəyi bir oxla öldürmüşdür. Bundan sonra Osman Bəy Oğuz adətinə uygun olaraq Qayı boyunun başçısı olmuşdur.

Başqa bir versiya olan Hacı Bəktaş Vəlinin "Vilayətnamə" əsərində isə Osmanın bəyliyin başına keçməsi fərqli şəkildədir.[12] Qayı boyu Sultanönü və ətraf ərazilərdə məskunlaşdıqdan sonra əmisi Aydoğmuş və sonra atası Ərdoğdu (Ərtoğrul) bəy daha sonra isə kiçik əmisi Gündüz Alp Qayı boyuna bəy olmuşdur. Bu dövrdə Osman Qazi adamları ilə birlikdə Bizans şəhərləri Yarhisar, Biləcik, İnəgöl və İznik bölgələrinə axınlar təşkil etməyə başlamışdır. Bizanslı Bursa təkfuru(hakimi) Konyada olan Anadolu Səlcuq sultanı III Əlaəddin Keyqubada elçilər göndərərək bu axınları şikayət etmişdir. Səlcuq sultanı Gündüz Alpa xəbər yollayaraq axınları təşkil edən Osman Qazini çəkindirməsini istəmişdir. Gündüz Alp isə Osman Qazini tutduraraq Konyaya, III Əlaəddin Keyqubadın hüzuruna göndərmişdir. Ancaq III Əlaəddin Keyqubad Osman Qazinin şəxsiyyətini bəyənir. Sultan razılıq alması üçün onu Qarahöyükdə olan Hacı Bəktaş Vəlinin yanına yollamışdır. Hacı Bəktaş Vəli Osman Qazini qonaqpərvərliklə qarşılamış və öz tülbəndini onun başına sarımış, sanki onun başına tac qoymuşdur. Osman Konyaya geri qayıdarkən Hacı Bəktaş Vəli onunla birlikdə sultana Osmanı tərifləyən bir məktub yollamışdır. Mənbədə sultanın məktubu oxuduqdan sonra Osmana böyük bir mənsəb verilməsini istədiyi bildirilir. Osman Qazi Sultanönünün mərkəzi olan Söyüdə geri döndükdən sonra sultan ona qızıl başlı bayraq və mehtər göndərib, onu mükafatlandırmışdır. Bu versiya "Vilayətnamə" əsərindən başqa Yazıçızadənin "Səlcuqnamə" əsərində də təkrar olunur. Bir sıra tarixçilər bu mükafatlandırmanı Osmanın bəyliyinə müstəqillik verilməsi kimi qiymətləndirirlər. Hacı Bəktaşın "Vilayətnamə" əsərində sonradan Osman Qazi və Gündüz Alp arasında olan münasibətlərin necə cərəyan etdiyi haqqında məlumat yoxdur. Buna baxmayaraq bəzi tarixçilər hesab edir ki, Osman Qazi ilə Gündüz Alp arasında mübarizə olmuşdur və Osman Qazi Gündüz Alpı məğlub edərək bəyliyi ələ keçirtmişdir. Bəzi tarixçilər isə belə bir mübarizənin olmadığını bildirir. Başqa bir versiyaya görə isə Gündüz Alp Domaniç müharibəsində şəhid olmuşdur. Bir sıra tarixçilər bu versiyalara əsaslanaraq əslində Osman Qazi və Dündar bəy arasında mübarizənin olmadığı, bu versiyanın Osman Qazi və Gündüz Alp arasındakı mübarizədən təsirlənərək ortaya atıldığını hesab edirlər.

Osman Qazi son illərində qocalığı və tutulduğu damla xəstəliyi (podaqra) səbəbindən bəyliyin idarə olunmasını oğlu Orxana tapşırdı. Osman bəyin nə vaxt ölüb, bəyliyin idarəsinin tam şəkildə Orxan bəyin əlinə keçməsi tarixi isə mübahisəlidir. 1320-ci ildən sonra baş verən hadisələrdə artıq Osman bəyin adı keçmir. 15-ci yüzilliyin Osmanlı tarixçilərindən olan Ruhi Çələbinin yazdığı "Tevarih-i Âli Osman" adlı əsərində Osman bəyin 1320-ci ildə öldüyü yazılmışdır. II Mehmed və II Bəyazidin dövrlərində yaşayan və 1502-ci il hadisələrinə qədər olan tarixi qələmə alan Oruc bəyin "Tevarih-i Âli Osman" adlı başqa bir əsərində isə Osman bəyin 1327-ci ildə öldüyü yazılmışdır. Digər tarixçilər də Osman bəyin ölüm tarixini bu iki tarix arasında göstərir. Çağdaş tarixçilərindən olan Necdet Sakaoğlu qeyd edir ki, 1320-ci ildən sonrakı hadisələrdə Osman bəyin adı keçmir və 1324-cü ildə Orxan bəyin idarəni ələ alması haqqında mənbələrdə məlumatlar vardır.[10] O, bu nəticəyə gəlmişdir ki, Osman bəy 1324-cü ildə ölmüşdü.

Osman bəyin harada öldüyü məsələsi də mübahisəlidir. Böyük ehtimalla Söyüddə ölmüşdü. Bəzi tarixçilər iddia edirlər ki, Bursa onun ölümündən əvvəl Osmanlıların əlinə keçmişdi və Osman bəy Bursada ölmüşdü. Buna baxmayaraq tarixçilərin böyük bir hissəsi Bursanın Orxan bəyin idarəni ələ keçirməsinin ilk illərində fəth olunduğu fikrini qəbul edirlər. Buna əsaslanaraq Osman bəyin ilk öncə Söyüddə atası Ərtoğrul bəyin türbəsində dəfn olunduğu, Bursanın fəthindən sonra isə məzarının Bursa qalasında Osmaniyyə meydanında yerləşən Gümüşlü Kümbetə(Aya Ella) köçürüldüyünü qəbul edirlər.


TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ