Vətən Uğrunda Aqil İsmayılov - ŞƏHİD

Vətən Uğrunda Aqil İsmayılov - ŞƏHİD
Tarix :

21-10-2021, 23:22

Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sonsuz sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi qədirbilən Azərbaycan xalqı tərəfindən dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə okunur.

Turan Araşdırma Mərkəzi və ONN TV-nin birgə layihəsi “Vətən Uğrunda” çərçivəsində şəhidlərimiz diqqətdə saxlanılır, şərəfli ömür və döyüş yollarından geniş məlumat toplanılır.
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan leytenant Aqil Əli oğlu İsmayılov 1996-ci il, 18 iyul tarixində Naxçıvan MR Şərur rayonu Çomaxtur kəndində anadan olmuşdur. Aqil İsmayılov 44 günlük Vətən Müharibəsində torpaqlarımızı erməni tapdağından azad edərkən qəhramancasına şəhidlik zirvəsinə ucalmışdır.

Şəhidimiz Aqil İsmayılovun yaxınları və doğmaları şərəfli ömür və döyüş yolundan danışıblar.

Xatırladaq ki, layihənin ideya müəllifi TAM sədri Cavid İsmayıldır.

Həmin videoçarxı təqdim edirik:
[media=https://youtu.be/WEejpsyP8Uk]

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ