Balıq buğlaması resepti

Balıq buğlaması resepti
Tarix :

28-12-2018, 23:33

Tərkibi

Balıq – 200 qr
Soğan – 2 ədəd
Keşniş, şüyüd – bir budaq
Yağ – 1 y.q.

Hazırlanması:
Balıqı dilimlərə bölürük, bir hissəsini qazana yerləşdiririk, üstünə incə üzük formasında kəsilmiş soğan və doğranmış göyərtiləri səpirik. Daha sonra balığın ikinci hissəsini düzürük, soğan və göyərtini səpirik. Yayda 1-2 pomidor və biraz alça da əlavə etmək olar. Duzlayıb, istiotlayırıq, limon suyu tökürük və sarikök səpirik. Üstünə bir qədər kərə yağı qoyuruq. Qazanın qapağını bağlayırıq və ən zəif odda buğlanmağa qoyuruq.

Balıq, bədəni qiymətli yağ turşuları, linoleik və arxidon (məşhur Omeqa 3 və Omeqa 6) ilə doyurur, onlar beyin hüceyrələrinin bir hissəsidir. Həmçinin, Omeqa 6 qanda zərərli xolesterinin səviyyəsini azaldır, qan dövranı və ürək-damar sisteminin işinə faydalı olan ateroskleroz riskini azaldır. Balıqdakı fosforun yüksək tərkibi sinir sisteminin işinə təsir göstərir, effektivliyini artırır, halsızlığı aradan qaldırır.

Nuş olsun!

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ