Ərgənəqon dastanı

Ərgənəqon dastanı
Tarix :

17-01-2022, 23:18

Ərgənəqon dastanı - Göytürklərin törəyişini izah edən bir türk dastanıdır.

Ümumi olaraq, düşmən tərəfindən hiylə ilə məğlubiyyətə uğradılan türklərin, Ərgənəqon Düzənliyinda yenidən törəyib yenidən köhnə yurdlarına dönərək düşmanlarıyla çarpışmalarından danışılar.

Oğuz xan nəslindən El Xan, türk yurduna xaqan olduğunda, Tatar yurdunun xaqanı Sevinc xan ilə aralarında döyüş olmuş və El xan qalib gəlmişdi. Sevinc xan Qırğızların xanına hədiyyələr və adamlar göndərərək öz tərəfinə çəkmişdi. Türk qəbilələri çox saylı olduqlarından döyüşlərdə həmişə qalib gəlirdilər. Bütün yurdlarda türklərin sözü keçməyən, əli çatmayan bir yer qalmamışdı. Bu səbəbdən digər qəbilələr türklərdən nifrət edirdi. Sevinc xan türklərdən qisas almaq məqsədilə bütün qəbilələri birləşdirərək türklərin üzərinə hücuma keçdi. Savaş başladı, 10(on) gün döyüş oldu. Türklər qalib gəldi. Sevinc Xan, hiylə ilə özünü qaçır kimi göstərərək təkrar geri döndü və türkləri məğlub edərək, hamısını qılıncdan keçirdilər, dünyada türk qalmadı. El xanın oğulları da bu döyüşdə ölmüş, ən kiçik oğlu Qıyam (Qayan) ilə qardaşının oğlu Nüküz (Tukuz) sağ qalmışdı, qadınlarını da alıb dağlar arasında çox dar bir keçiddən keçərək, içində axarsular, qaynaqlar, çəmənlər, ovalar və meyvə ağacları olan geniş bir yurda gəldilər. Bura, "dik qayalıq" mənasına gələn "Ərgənəqon" adını verdilər.

Qıyan və Nüküz burda yaşayır və çoxalırlar və onların uşaqları da. Soyları artır, qəbilələr və oymaklar halına gəlirdilər. 400(dörd yüz) il sonra özləri və heyvanları o qədər çoxalır ki Ərgənəqona sığmaz vəziyyətə gəldilər. Bir dəmirçi "Mən bir yer gördüm, orda dəmir mədəni var, zənnimcə dəmir əridəbilərsək bir yol taparıq" dedi. Dəmirçinin sözünə uydular və dəmiri əridərək çölə çıxdılar. O gün türklər üçün bayram sayıldı. Bütün qəbilələrə xəbər verərək Ərgənəqondan çıxdıqlarını bildirdilər. Monqollar bunların üzərinə yürüyüş etdilər və döyüş başladı. Türklər qalib gəldi və tatarları qılıncdan keçirdilər. Beləcə 400(dörd yüz) il sonra öz yurdlarına yerləşdilər.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ