Bumın xaqan

Bumın xaqan
Tarix :

15-01-2022, 19:11

Bumın xaqan (490 – 552, Göytürk xaqanlığı) — Aşina sülaləsindən olan ilk göytürk xaqanı.

Aşina Tuvunun ən böyük oğlu idi. Jujan xaqanlığı dövründə tümən komandiri olmuşdur. 545-ci ildə Bumın hələ xaqan deyildi amma Qərbi Vey imperiyasının sərhədlərini pozmağa başlamışdı. Qərbi Vey imperiyasının qəyyumu Yuven Tay An Nuopanto adlı bir soğd tacir ilə Türklərə hədiyyə göndərdi. 546-cı ildə Bumın xan Oğuzların əcdadları olan Tiele qəbilələrini məğlub edərək özünə tabe etdi.

551-ci ildə Jujan xaqanı Anaxuanın qızı ilə evlənmək istədiyini bildirmişdi, xaqan isə öz növbəsində Bumını təhqir edərək ona qızını verməyəcəyini deyir. Bundan istifadə edən Bumın, əvəzində Vey imperatorunun qızını özünə istədi. Anaxuanın qızı Dao Vey imperatoru Ven ilə evli idi. Qəyyum Yuven Tay Bumın xana şahzadə Çanqleni gəlin kimi göndərdi. Bumın xanın övladları bu evlilikdən olmuşdu. Sonrakı il 552-ci ildə Jujan xaqanlığının hökmdarı Anaxuanı devirərək özünü xaqan etmişdi. İndiki Hebei vilayətinin Çjanbei şəhərində baş verən döyüşdə Anaxuan öldürüldü. Bumın xan özü bir neçə aydan sonra vəfat etdi.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ