Urmiya gölü

Urmiya gölü
Tarix :

27-12-2021, 14:09

Urmiya gölü və ya Urmu gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göl. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki Azərbaycanın həm də Qərbi Asiyanın ən böyük gölü sayılır.

Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur. Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatırdı. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir. Göl quruyaraq səviyyəsi azalır və yerində min tonlarla duzlaqlar meydana gəlir. Bu hal davam edəcəyi halda bitki və heyvanlarla yanaşı insanların həyatına böyük təhlükə törədə bilər.

Ekoloji fəlakət nəticəsində bölgə əhalisi ərazini tərk etmək məcburiyyəti qarşısında qalacaqdır.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ