Süleyman şah

Süleyman şah
Tarix :

18-01-2022, 15:25

Süleyman Şah və ya Süleyman Şah Qaya Alpoğlu (təq. 1167, bilinmir – təq. 1227, Hələb) — Qaya Alpın oğlu, Ərtoğrul Qazinin atası, Osman Qazinin babasıdır. Oğuzların Qayı boyundandır. Doğum yeri və tarixi haqqında dəqiq məlumatlar yoxdur.

XII əsrin sonlarında doğulduğu və Qayı boyunun rəisi olduğu bilinir. Monqol hökmdarı Çingiz Xanın Orta Asiyadakı istilası zamanı, XIII əsrdə Türküstandan qərbə doğru köç etməyə qərar vermişdir. Türküstandan 50 min nəfərlə Şimali Qafqaz üzərindən Şərqi Anadoluya gələrək, 1214-cü ildə Ərzincan və Ahlat bölgəsində yerləşdi. Eyni boya mənsub bəzi tayfalar da Diyarbəkir, Mardin və Urfaya yerləşdilər.

Süleyman Şah Qayı boyundan bir neçə bəy ilə Cabere gedərkən Fərat çayında boğulub. Ölümündən sonra Caber qalasının Fərat çayı hövzəsinin şimalında (Türkiyəyə quş uçuşu 30 km qədər cənubda) bir günbəzdə dəfn olunub.

Məzarın yerləşdiyi region, I Dünya müharibəsi sonrasında Suriya Osmanlı Dövlətindən ayrılanda, Fransız Suriya Mandatı sərhədləri içərisində qalmışdır. Ancaq Ankara müqaviləsi və Lozanna müqaviləsinə əsasən Türkiyənin torpağı sayılmışdır. Günümüzdə Süleyman Şahın məzarının yanında yerləşən türbəsində Türk əsgəri keşik çəkir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ