Çuvaşıstan

Çuvaşıstan
Tarix :

12-01-2022, 13:29

Çuvaşıstan  - Rusiya Federasiyası subyektlərindən biri. Paytaxtı Çeboksarı şəhəridir.

Çuvaşıstan ərazisi 1551-ci ildə Rus imperiyası tərəfindən işğal edilib. O dövrdən başlayaraq çar hökumətinin müstəmləkə siyasəti çuvaş xalqını acınacaqlı hala salıb. Ən məhsuldar torpaqları əllərindən alınıb və xristianlığı qəbul etməyə məcbur olmuşlar.

Çuvaş Respublikası Volqa-Ural regionunda yerləşir. Paytaxtı Çeboksarı şəhəridir. Rusiya Federasiyasının tərkibindədir. Rəsmi dili çuvaş və rus dilidir. Çuvaş dili türk dil ailəsinə aiddir.

Çuvaşlar XVI-XVII əsrlərdə qədim türk tayfaları bulqarların qarışığından formalaşmışdır. Çuvaşların Suvar və Suvaz türk adlarından meydana gəlmişdir. Çuvaşların 15% -i Başqırd və Tatar bölgələrindədir.

2002-ci il siyahıya almasına əsasən Çuvaşiya Respublikasının 1.313.754 nəfər əhalisi var. Çuvaşlar fin-uqor qəbilələrinə qarışaraq digər türk dillərindən fərqlənir. Qonşu tatar və başqırdlardan fərqli olaraq çuvaşlar xristian dininə etiqad edirlər. Çuvaş türklərinin dinləri əsasən pravoslav xristianlardır. 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ