Şərur yallısı

Şərur yallısı
Tarix :

27-12-2021, 12:50

Şərur yallısı - Bu yallını ən çox cavanlar və uşaqlar ifa edirlər. 6-8 ifaçıdan ibarət  olan yallı iki - orta və cəld hissələrdən ibarət olur.

Rəqs zamanı əllərin vəziyyəti qəribə olur: bir nəfərdən bir iştirakçılar arxadan əl-ələ verirlər. I rəqqasın (yallıbaşının) sağ əlində dəsmal olur, sol əlilə arxadan III rəqqasın sağ əlini tutur. II rəqqas sağ əlilə I rəqqasın belindən, sol əli ilə isə arxadan IV rəqqasın sağ əlindən tutur. III rəqqas sağ əli ilə I rəqqasın sol əlini, sol əlilə isə V rəqqasın sağ əlini tutur. 

“Şərur” yallısı əsasən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şərur və Kəngərli rayonlarındakı folklor kollektivlərinin repertuarının əsasını təşkil edir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ