Zəngəzura aid yeni elmi əsər çapdan çıxdı FOTO

Zəngəzura aid yeni elmi əsər çapdan çıxdı FOTO
Tarix :

4-09-2023, 09:57

"Turan Araşdırma Mərkəzi" İB-nin təsisçisi və ilk sədri olmuş, tanınmış türkoloq, filoloq-tarixçi, ictimai-siyasi və elm xadimi, mərhum professor Əjdər Tağıoğlunun bu günlərdə " "Zəngəzur" toponiminin qədim etnogenez tarixi" adlı monoqrafiyası "Elm və Təhsil" nəşriyyatında çapdan çıxıb.ONN media "Turan Araşdırma Mərkəzi"-dən aldığı məlumata əsasən xəbər verir ki, monoqrafiya Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci ildə elan etdiyi Qrant müsabiqəsində qalib olduğu ""Zəngəzur" toponiminin qədim etnogenez tarixi" adlı layihəsi çərçivəsində çap edilib. Kitabın redaktorları, Türkiyə Cümhuriyyətinin Təhlükəsizlik Şurasının üzvi, TADİV Başqanı, professor Aygün Attar, yazıçı-publisist Yunus Oğuz, TAM sədri, f.ü.e.d Cavid İsmayıldır.

Əsərdə müəllif kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına istinadən "Zəngəzur" toponiminin etno-kök tarixinin m.ö. minilliklərdən başlanılması, Azərbaycan türkünün Ön Qafqazda qurduğu ən qədim dövlətlərdən - "Aza çarlığı", Atarpaten və Oğuz Albaniyasının Maday imperiyasının varisləri, ilk mənbə olaraq "Kitabi-Dədə Qorqud", Azərbaycan türkünün qədim Ön Qafqaz Dövlətinin siyasi-inzibati coğrafiyası, "Mərkəzi rus kilsəsi"-"Qafqaz Albaniyası"nda, Rus imperiyasının uydurduğu "Qafqaz Albaniyası", "Xristianlıq və kilsə" işğalçı modelləri və bir sıra çox önəmli məsələlərə dair təkzibedilməz gerçək tarixi həqiqətləri üzə çıxarıb.Monoqrafiyada müəllif qeyd edir ki, "Günümüzə kimi çoxsaylı müəlliflərin "Azərbaycan tarixi" adında yazdıqları kitabların heç birində çağdaş Azərbaycan dövlətçiliyinin tarixi qədim ümumtürk tarixi kontekstində araşdırılmamışdır. Unudulmuşdur ki, ruhu insanın canından, dırnağı mayadan ayırmaq olmaz! Ancaq rus imperiyasının XIX əsrin əvvəllərindən başlanan "Türksüz Ön Qafqaz" ideoloji ölüm konveyri 70 illik Sovetlər Birliyi dövründə etnokökü qarışıq olan, son nəfəsində də coşqun, nifrət dolu bir pafosla "mən nə "türk" adında millət tanıyıram, nə də türk dili" - deyə ölkə rəhbərliyinin iştirak etdiyi elmi ictimaiyyət toplantısında açıq bəyanat verən bəzi aparıcı alimlərimizi gənclik illərindən düşmən mövqeyinə atdı. Azərbaycan tarixşünaslığında mütləq hakimiyyəti ələ keçirən həmin şəxslər Kremlin "Azərbaycan Respublikası" adlandırdığı coğrafiyada "çoxmillətli xalqlar"ın tarixini yazdılar və yazdırdılar. Bu kontekstdə də tarixşünaslığımızda düşmən konsepsiyasını - "Azərbaycan xalqının etnokökü" məsələsini elmin aparıcı modelinə çevirən, özləri kimi, yad düşüncəli, ziyankar etnik qələm sahibləri yetirməyə nail oldular. Bununla da onlar heç bir elmi qaynaqda adı belə çəkilməyən gəlmə etnikləri, hətta hayları türkün əcdad torpaqlarına sahib etdilər. Mənsəb və şöhrət naminə hakimiyyətin müti nökərlərinə çevrilmiş bu dönüklər Azərbaycan türkünün Ön Qafqazda köklənmiş ən qədim nəsil ağacının budaqlarını ümumtürk tarixindən nəinki ayırdılar, hətta qara torpaqdan onun rişələrini də qazıyıb atdılar. Müəllif yazır; " "Kitabi-Dədə Qorqud" abidəsi Azərbaycan tarixşünaslığının ilk mifoloji və filoloji mənbəyidir. Burada səlnaməçi dastandüzənin qələmə aldığı hadisələr, hətta antik tarixçilərin - Herodot və başqalarının yazıya aldıqları hadisələrin tarixindən əvvəllərə - insan cəmiyyətinin qohum tayfalar şəklində yaşadıqları dövrlərə gedib çıxır. Dastandüzən gələcəkdə Oğuz tayfaları arasında "Al çadırlılar" və "Ağ çadırlılar" adında iki yeni nəslin yaranacağını xəbər verir. Ancaq dastanın bizə gəlib çatan variantında onların izdivacından yaranmış yeni nəsil barədə məlumat verilmir. Təəssüflər olsun ki, "Kitabi-Dədə Qorqud" bizə bitmiş dastan şəklində deyil, pərakəndə halda gəlib çatmışdır. Bu barədə aşağıda ətraflı danışılacaqdır. Araşdırmalarımız sübut edəcək ki, Azərbaycan türkünün qədim Ön Qafqaz torpaqlarında işğalçı imperiyanın "Oğuz Albaniyası" deyil, "Qafqaz Albaniyası" adında təxribat və təcavüz modelini Qafqaz tarixinə çevirməyə, hadisələri gələri erməni və gürcüləri qədim yerli əhali, habelə bu torpaqlarda ata-baba payı olmayan məlum kiçicik etnik əhalini Alban tayfalarının varisləri hesab edən düşmən tarixçilər elmlə deyil, siyasi cəfəngiyyatla məşğul olmuşlar. "Xatırladırıq ki, ""Zəngəzur" toponiminin qədim etnogenez tarixi" adlı tədbirlərin keçirilməsi Naxcıvan Dövlət Universiteti, AMEA, Azərbaycan Dövlət Pedoqoji Universiteti və ADPU-nun Quba filialında nəzərdə tutulub.

Tədbirlər cari ilin 20 sentyabr və 31 oktyabr tarix araları keçiriləcəkdir.


 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ