Güney Azərbaycan

Güney Azərbaycan
Tarix :

27-12-2021, 13:55

İran Azərbaycanı (azərb-ərəb. آذربایجان ایران‎) və ya sadəcə Azərbaycan (azərb-ərəb. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (azərb-ərəb. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində yerləşən tarixi ərazi.

İran Azərbaycanı ərazisi, İranın İraq Respublikası, Türkiyə Respublikası, Azərbaycan Respublikası (o cümlədən Naxçıvan Muxtar Respublikası) və Ermənistan Respublikası ilə həmsərhəd olduğu bölgədə yerləşir.

İranın müasir inzibati bölgüsünə əsasən, İran Azərbaycanı ərazisi dörd inzibati ərazi vahidinə – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanlarına bölünmüşdür. Bölgədə əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarətdir. Bununla yanaşı, bölgədə kürdlər, ermənilər, İran tatları, talışlar, aysorlar və farslar da yaşayır.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ