Zəngibasar mahalı

Zəngibasar mahalı
Tarix :

17-01-2022, 20:37

Zəngibasar mahalı Qəmərli, İrəvan, Eçmiadzin – Üçkilsə və Türkiyə ərazilərinin əhatəsində yerləşirdi.

Ona görə yerləşirdi deyirik ki, indi bu torpaqlar bizim əlimizdə deyildir. Ancaq inanırıq ki, gec-tez biz yenidən о qədim dədə-baba torpaqlarımıza qayıdacağıq. Hələlik о yerlərin həsrətinə göynəyirik.

Zəngibasar mahalında olan XIV əsrin Cəfərabad türbəsi, ауrı-ayrı kəndlərdəki, qoç heykəllər, kurqanlar-təpələr həmin ərazilərin türklərə məxsusluğunu təsdiq edən amillərdir.

Ayrı-ayrı erməni qaynaqları da uzun əsrlər boyu həmin ərazilərdə Azərbaycanlıların hökmranlıq etdiyini vurğulayır. Rus ordusunun cənubi Qafqazda ən güclü müqavimətə rast gəldiyi, dəfələrlə rüsvayçı məğlubiyyətə yaradığı İrəvan xanlığını nəhayət 1827-ci ildə işğal etdi. 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında bağlanan Türkmənçay müqaviləsindən sonra bu ərazilər Rusiyanın tərkibinə daxil oldu. Müxtəlif vaxtlarda Qərbi Azərbaycanın digər yerlərində olduğu kimi Zəngibasar mahalının əhalisi də deportasiya və soyqırımı məruz qalmışdır – 1905-1907, 1918-1920, 1948-1953.

1918-20-ci illərdə Zəngibasar əhalisi Naxçıvana, Yevlaxa, Bərdəyə, Ağcabədiyə və digər yerlərdə qaçqın düşmüşdür. Dədə-babalıqla həmin mahalın yetirmələri olan akademik Mustafa bəy Topçubaşovun, akademik Budaq Budaqovun, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Bakı Dövlət Universitetinin keçmiş rektoru Yəhya Məmmədovun da ailələri, valideynləri həmin illərin deportasiyasına məruz qalmışdır.

1948-53-cü il deportasiyası – “mədəni köçürülməsi” Zəngibasar – Uluxanlı camaatı üçün çox ağır bir zərbə oldu.

Birinci zərbə ondan ibarət idi ki, 1950-ci ilin avqust ayına kimi Zəngibasarın birinci katibi Azərbaycanlı idi. Qəşəm Şahbazov 1947-50-ci illərdə Zəngibasar rayonun son birinci katibi oldu. Deportasiyanın – azərbaycanlıların köçürülməsi ermənilərin yerləşdirilməsi nəticəsində Azərbaycanlı birinci katib erməni ilə əvəz edildi.

Deportasiyanın ikinci zərbəsi ondan ibarət idi ki, 1950-ci ilə qədər Azərbaycan dili rayonda dövlət dili idi. Əldə olan sənədlər təsdiq edir ki, hər hansı bir plenum və ya dövlət sənədi əvvəlcə Azərbaycanca sonra ermənicə yazılırdı. Deportasiyadan sonra tam əksinə oldu.

1948-53-cü ilin deportasiyasının ən əsas zərbəsi, əgər belə demək mümkündürsə, bir çox Azərbaycanın kəndlərinin ermənilər tərəfindən sözün əsl mənasında zəbt olunması idi. Yaşı bilinməyən tarixdən Azərbaycanlıların yaşamayıb məskunlaşdığı kəndlərdə ermənilər yerləşdirilirdi. Sonralar get-gedə kəndlərin, eləcə də rayonun adı erməniləşməyə başladı. Dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşovun doğulduğu Göy Kümbət kəndi elə 1949-cu ildə adı dəyişdirilərək Getanist qoyuldu. Uluxanlı  əvvəlcə, Nərimanlıya, Zəngibasara,  Hrazdana sonra Masisə çevrildi. Cəbəçəli 1960-cı ildə Crahövidlə əvəz edildi. Ümumiyyətlə, 1948-53-cü il deportasiyasından sonra Cəbəçəli, Cəfərabad, Hacı Elləz, Xarratlı, Göy Kümbət, ağ Həmzəli, Ağcaqışlaq kəndləri erməniləşdi, Aşağı Necili, Şorlu, Mehmandar, Arbat kəndlərində isə həm Azərbaycanlılar, həm ermənilər yaşamağa başladı. Yəni ermənilərin müxtəlif yerlərdən köçüb gəlməsilə bu kəndlər qarışıqlaşdı.

1984-cü ildə babam- anamın atası Əli Bayramovun Böyük Vətən müharibəsinə getməsi tarixini dəqiq əldə etmək üçün Zəngibasardakı (o zaman artıq Masis adlanırdı) Hərbi arxivə müraciət etməli oldum. Ayrı-ayrı tarixlərdə tutaq ki, 1941-ci ilin avqust, sentyabr, oktyabr aylarında və yaxud 1942-ci ilin yanvar, fevral aylarında rayonun kəndlərindən müharibəyə yola düşənlərin siyahısı verilmişdi. Məsələn, əgər Yuxarı Necilidən bir gündə müharibəyə 8 nəfər, Aşağı Necilidən 10 nəfər yola düşmüşdüsə, Çobankərə və Göy Kümbət kəndlərindən bir gündə 30 nəfər müharibəyə yola düşmüşdü. Şübhəsiz ki, bu həmin kəndlərin böyüklüyünə dəlalət edir. Ancaq 1948-53-cü ilin deportasiyasından sonra bu kəndlərdə azərbaycanlıların izi-tozu da qalmadı. 1988-ci ilə kimi yəni azərbaycanlıların son deportasiya və soyqırıma məruz qaldığı vaxta qədər bir söz işlənirdi. Çobeнkurinskaya zastava.

Bəli, akademik Budaq Budaqovun dünyaya göz açdığı Çobankərə kəndinin əhalisinin müəyyən bir qismi Naxçıvana, böyük bir qismi isə Ağcabədiyə köçürüldü.

Göykümbət əhalisinin səsi isə Azərbaycanın ayrı-ayrı bölgələrindən, о cümlədən Bakı şəhərindən gəlməyə başladı. Qeyd etdiyimiz kimi, bu mahalda ayrı-ayrı, kəndlərdə tarixi abidələr mövcud idi. Zəngilər və Zəhmət kəndlərindəki qəbristanlıqlarda olan çox heykəllər, Dəmirçi, Yuxarı Necili, Zəngibasar kəndlərinin ərazilərində olan Kurqanlar-Təpələrlə yanaşı Cəfərabad kəndindəki Türbənin və Həbilkənd, sonralar heç izi-tozu da qalmayan Qulucan kəndlərinin yaxınlığındakı Ağadədə qəbirstanlığının adlarını xüsusi çəkmək lazım gəlir.

İrəvanın lap yaxınlığında yerləşən Hədəriboy kəndindəki (sonralar ermənilər onu Arçavand adlandırmışdılar) Uca səkküyüzlü bu türbə əldə olan məlumatlara görə XIV əsrdə qəbilə başçısı olmuş. Cəfərin şərəfinə belə adlandırılmışdır. Bəzi mənbələrdə Cəfərabad türbəsi XIII əsr tarixi abidəsi kimi də təqdim olunmuşdur. Ağadədə qəbirstanlığı isə sanki Taras Şevçenkonun məşhur “vəsiyyət” şeirini xatırladırdı.

Mən öləndə məni dəfn edərsiniz,

Əziz Ukraynanın geniş çölündə,

Elə-bir yerdə ki, ucsuz-bucaqsız

Torpaqlar görünsün qəbrim onündə.

Zəngi çayı Ağadədə qəbirstanlığının divarlarına baş vura-vura ağır, qarşıda isə daima başıqarlı, əzəmətli Ağrı dağı dururdu. Ağadədə qəbirstanlığından ətrafdakı Azərbaycanlı kəndləri – Zəngibasar, Sarvanlar, Həbilkənd, Rəncbər, Seyid kəndin torpaqları, çölləri görünürdü, о yerlərdə deyildi kimi, Kövşənləri görünürdü.

Ağadədə barəsində müxtəlif rəvayətlər söyləyirdilər. Rəvayətlərin birində deyilirdi ki, indiki Cənubi Azərbaycandan bir nəfər ağır seyid bu yerlərə tez-tez  ticarətə gəlirdi. Bir gün yenə həmin Seyid ticarətə gələrkən burada dünyasını dəyişir. Onu necə bir qəribə hörmət kimi elin camaatı ağır, əziz şəkildə həmin yerdə dəfn edir. Müəyyən müddət keçir seyidin qızı gəlir atasını soruşur. Camaat onun qəbrini qızına göstərirlər. Qız qəbri görən kimi – “Ay mənim Ağa Dədəm” – deyib qəbrin üstünə diz çöküb ağlayır. O zamandan camaat bu yeri “Ağa Dədə” adlandırmağa başlayır.

İndi isə bu ərazinin mərkəzi Uluxanlıya qayıdaq.

Belə rəvayət edirlər ki, bu yerlərdə Araz sahillərində iki qardaş yaşayırmış: Şərif xan və Ulu xan. Ulu xan adını tarixdə əbədiləşdirmək məqsədilə bir kənd saldırmaq istəyir. Həmin kənd sonralar Ulu xanın adı ilə bağlı Uluxanlı adlanmağa başlayır.

Ümumiyyətlə, bu yerlərdə varlı adamların adı ilə əlaqədar yaranmış kəndlərə az da olsa təsadüf olunur. Hacı Elyas, Ağ Həmzəli, Rəhimabad, Cəfərabad, Qara Həmzəli.

Onu da xatırlatmaq lazımdır ki, bu yerlərdə istər kənd, istər çay, istərsə də mənə adlarının, toponimlərin hamısı Azərbaycan-türk sözləridir.

Keçmiş İrəvan xanlığı ərazisində bir sıra adlara XI əsrin məşhur alimi Mahmud Kaşğarinin “Lüğət-it-divani-türk” əsərində də rast gəlmək olur.

Qəmərli (sonralar Artaşat rayona) rayonunda Yuva kəndi, Vedi rayonundakı Əfşar, yenə Qəmərlidəki, Bayburd kənd, Qaraqoyunlu, Muqanlı kəndləri, Gümrü (sonralar Leninakan) yaxınlığındakı Bayandur kəndi, Qarakilsədəki (sonralar Kirovakan) Bayat kəndi son vaxtlaradək öz adlarını qoruyub saxlamışdır. Bəs aşıq sənətinin sələfi ozanın bu günə çatmış izi. Kotayk rayonundakı Ozanlar kəndi?

Xalqın tarixində ayrı-ayrı sənətkarlar, igidlər mənsub olduğu qəbilənin adını özlərinə təxəllüs götürmüşlər: Bayat Abbas, Ustaçlu Məhəmməd, Nadir Şah Əfşari.

Ancaq görünür qəbilə başçıları yaxud onun içərisindən çıxan varlı adamlar öz adlarını tarixdə əbədiləşdirmək məqsədi ilə obalar, kəndlər saldırmışdı. Bu mahalda belə kəndlər az deyildir. Hacı Elyas, Rəhmabid, Ağ Həmzəli, Cəfərabad bir də hamısından məhşuru Uluxanlı.

Uluxanlı, belə söyləyirlər ki, sonralar Zəngi çayının damıb su basması ilə eni qədər Zəngibasar adlanmışdı.

Uluxanlıdan danışarkən onun məktəbindən xüsusi bəhs etmək lazım gəlir. Bu məktəb İrəvan quberniyasında ilk yeni tipli məktəblərdən idi. “Кавказский календар” məcmuəsindən 1892-ci il tarixli nömrəsində göstərilir ki, Uluxanlı məktəbinin əsası 1881-ci ildə qoyulub. Yeri gəlmişkən onu da xatırlatmaq lazımdır ki, İrəvan Müəllimlər Seminariyası və İrəvan gimnaziyasının əsası da 1881-ci ildə qoyulmuşdu. Həmin iki sinif olan bu məktəbdə 31 şagird təhsil alırdı. Məşədi İbrahim Hüseyn oğlu Hüseynov məktəbin fəxri nəzarətçisi, Molla Axund Hacı Məşhədi Hüseynov şəriət müəllimi, Rəhim Musarza oğlu Xəlilov müəllim idilər.

1900-cü ilin “Кавказский календарь” məcmuəsindən bəlli olur ki, Uluxanlı məktəbində əvvəlki heyət tamamilə dəyişdirilmişdir. Həmin məcmuənin 335-ci səhifəsində Rəhim Xəlilov hәm də İrəvan Müəllimlər Seminariyasının müəllimi kimi təqdim olunur. R.Xəlilov özünü layiqli müəllim kimi təsdiq etdikdən bir müddət sonra İrəvan Müəllimlər Seminariyasına dəvət olunmuşdu. İkisinifli Uluxanlı məktəbində Odey Tahirov və Kələntar Kələntarov fəxrı nəzarətçi (блюститель – bəlkə də fəxri himayəti – Ə.Z.), Molla Axund Hacı Molla Vəli Məmməd Əli oğlu şəriət müəllimi, Məmməd bəy Lütvəli bəy oğlu Qazıyev isə nəzarətçi kimi fəaliyyət göstərirdilər.

Burada bir məsələni xüsusi qeyd etmək lazım gəlir: biz burada “почетный блюститель, смотрь” sözlərini fəxri nəzarətçi, nəzarətçi yaxud himayəçi kimi tərcümə etdik. Şübhəsiz ki, həmin vəzifələr bu günün baxımından məktəbin, təsisçisi, məktəb müdiri və s. vəzifə daşıyan sözlər kimi başa düşülməlidir.

Məktəbin fəaliyyətin dairəsi get-gedə genişlənməyə başlayır. 1904-cü ilin “Кавказский календарь” məcmuəsindən bəlli olur ki, artıq Uluxanlı məktəbində 63 şagird təhsil alır. Məmməd bəy Qazıyev isə məktəbin müdiridir.

Qori seminariyasını yenicə bitirmiş gələcəyin böyük ədibi Cəlil Məmmədquluzadə də fəaliyyətinə 1887-ci ildə məhz Uluxanlı məktəbində başlamışdı.

Verilən məlumata görə Mirzə Zeynalabdın Rzayev Mirzə Cəlilin şagirdlərindən olmuşdu. O, sonra İrəvan gimnaziyasını bitirmiş, dövrünün ağıllı, savadlı ziyalılardan idi. Uluxanlı məktəbi istər mənəvi, istərsə də maddi aclıqdan keçərək öz işıqlı yolunu davam etdirirdi. İrəvan gimnaziyasını bitirən məzunlar Uluxanlı məktəbin inkişafında mühüm rol oynadılar. Gimnaziyanı bitirmiş Qədim Əliyev Məmmədbağır uzun illər məktəbdə müəllimlik etdi və bir çox istedadlı şagirdlər yetirdi.

1918-ci il avqust ayının 6-da hər İrəvan Müəllimlər Seminariyasını, hәm də İrəvan Gimnaziyası, həm də Uluxanlı məktəbi bağlandı. 1920-ci ildən Uluxanlı məktəbi yenidən fəaliyyətə başlasa da, ancaq İrəvan Müəllimlər Seminariyası, nə də İrəvan Gimnaziyası bundan sonra bir daha fəaliyyət göstərmədi.

1920-ci ildən sonra elmin, mədəniyyətinin inkişafı üçün geniş imkanlar açıldı. 1924-cü ildə İrəvan pedaqoji texnikumunun fəaliyyət göstərməsi Uluxanın üfiqlərini genişləndirdi. Məktəbin müəllimlərinin böyük bir qismi, о cümlədən Əsəd Məmmədov, Əli Xəlilov, Tamara Axundova, Əsgər Kazımov, Qadir Məmmədov, Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsmayıl İsmayılov, Qulam Namazov, Əli Qədiməliyev, Cəfər Məmmədov, Əliqulu Səlimov, Heydər Nağıyev, Əkbər Əliyev İrəvan pedaqoji məktəbınin məzunları idi. Demək lazımdır ki, yuxarıda adlan çəkilən il iki şəxsə 1928-30-cu illərdə İrəvan pedaqoji texnikumunda işləmiş, gələcəyin böyük elm xadimi, akademik Yusif Məmmədəliyev dərs demişdi.

Y.Məmmədəliyev texnikumda təzə işə başlayanda burada Qriqoryan familiyalı riyaziyyat müəllimi işləyirdi. Riyaziyyatı yaxşı bilən Qriqoryanda qəribə bir xasiyyət vardı. O, təzə gələn müəllimlərə çətin bir məsələ verib, gücünü göstərirdi. Müəllim isə baş sındırıb, iki-üç günə onun cavabını tapa bilməzdi. O, ənənəsinə sadiq qalaraq gənc – təxminən 23 yaşlı Y.Məmmədəliyevə də “qəliz” bir məsələ verir. Ancaq onun gözlədiyi kimi olmur. Gənc müəllim əlindəcə məsələyə baxır və cavabını deyir. Qriqoryan əlini Y.Məmmədəliyevin kürəyinə vuraraq: “Əhsən! Vaxt gələr, xalqın səninlə fəxr edər. Ancaq nə qədər ki, siz işləyirsiniz, mən burda qalmayacağam” – deyib texnikumu tərk edir. Y.Məmmədəliyev isə təkcə Azərbaycan xalqının deyil, keçmiş Sovet elinin fəxri oldu. SSRİ EA-nın müxbir üzvü, stapin mükafatı laureatı, Respublikanın ilk akademiklərindən biri, Azərbaycan EA-nın prezidenti.

30-cu illərdən başlayaraq Uluxanlıda ali təhsilli ziyalılar yetişməyə başladı. Məmməd Rzayev 1936-cı ildə İrəvan Dövlət Universitetini emrənicə bitirmişdi. Heydərqulu Quliyev, Əsəd Məmmədov, Heydərqulu Salmanov Bakıda ali təhsil almışdılar.

Uluxanlının ədəbi-mədəni mühiti də maraqlı və çoxşaxəli idi. Məşhədi Heydər İsmayılov, Abbasəli Səlimov Uluxanlıda yetişən şairlərdən idi. 1937-ci ildə represiyaya uğramış Məşhədi Heydər 10 il sürgündə olandan sonra Ağsuya qayıtmış, orada vəfat etmişdir. Məşhədi Heydər “Vahid” təxəllüsüylə şeirlər yazmış və xüsusilə onun “Afət qara gözlər’ qəzəli indiki yaşlı nəslinin hafizəsində yaşayır. İndi isə həmin qəzəli oxucuların mühakiməsinə vermək istəyirik. Xatırladaq ki, bu qəzəli Ramazan Cəlilov və yoldaşı Mərziyyə müəllimədən. İbrahim Xəlilov və həyat yoldaşı Səriyyə müəllimədən parakəndə halda toplamışıq.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ