Yakutiya

Yakutiya
Tarix :

12-01-2022, 13:39

Saxa Respublikası (Yakutiya) – Rusiya Federasiyası subyektlərindən biri.

Rusiya Fefderasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir . Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır.

Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²). Lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.

Paytaxtı Yakutsk (saxa Дьокуускай) şəhəridir. Əhalisi 1.1 milyon nəfərdir . Saxa Respublikası inzibati cəhətdən 33 rayona (yakut dilində – ulusa) bölünür. Respublikanın əhalisi 13 şəhərdə, 55 şəhər tipli qəsəbədə, 551 kənddə (ümumi 587 yaşayış məntəqəsində) məskunlaşmışdır. Saxa Respublikasında yayılmış əsas dinlər pravoslavlıq, protestantizm (əsasən baptizm və əllincilər), katoliklik (XIX əsrdə Polşa və Litvadan sürgün edilənlərin nəsilləri və XX əsrdə bura köçənlər), islam (XIX əsrdə sürgün edilən tatar və başqırdların nəsilləri və müasir dövrdə Orta Asiya və Şimali Qafqazdan bura köçmüş şəxslər), buddizmdir (buryatlar). Saxaların əksəriyyəti ənənvi yakut dininə inanırlar.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ