Azərbaycan nağılları

Azərbaycan nağılları
Tarix :

27-12-2021, 14:30

Azərbaycan nağılları — Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar:

  • Heyvanlar haqqında olan nağıllar:

M.Təhmasibin fikrincə bu növ nağıllar ən qədim nağıllardır. Qədim insanlar bəzi heyvanlara ecazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizim də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda ("Göyçək Fatma", "Fatmanın inəyi", "Ovçu Pirim") totem heyvanlara rast gəlmək olar.[1] Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir ("Şəngilim, Şüngülüm, Məngülüm" və s.).

  • Sehirli nağıllar – Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır ("Sehirli üzük", "Şəms və Qəmər", "Məlikməmməd" və s.).
  • Tarixi nağıllar – Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır ("İsgəndər və fağır", "Saleh və Valeh", "Üç bacı" və s.).
  • Məişət nağılları – bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar ("Hacının köpəyi", "Yeddi qardaş bir bacı", "Dərzi şagirdi Əhməd" və s.).
  • Novellistik nağıllar — sehrli və heyvanlar haqqında nağıllarla müqayisədə, əsasən, icitmai və məişət problemlərinə daha yaxındır. Bu nağıllar tapmacanın, çətin sualın müdrik cavabı, rəhmsiz və ağılsız padşahın, ağanın, mollanın, tənbəlin ələ salınması və sair barədə süjetləri birləşdirir. Azərbaycan novellistik nağıllarında baş rolun iştirakçıları hazırcavab çobanlar, ağıllı qardaşlar, zirək və hazırcavab qızlar, müdrik və ədalətli şahlar, qazılardır. Padşahın verdiyi çətin suala naxırçının ağıllı qızı və ya adi çoban cavab tapır, qardaşlar yerə düşən izə görə itmiş dəvənin əlamətlərini müəyyənləşdirirlər, düşmən ölkəni müharibə ilə hədəlikdə padşah ağıllı, hazırcavab insanların sayəsində ölkəni xilas etməyə nail olur. Bir sözlə, bu nağıllar insan ağlının, zəkasının bir təntənəsinə çevrilir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ