QHT nümayəndələri Gəncədə – FOTOLAR

QHT nümayəndələri Gəncədə – FOTOLAR
Tarix :

3-10-2021, 20:33

Prezident Administrasiyasının rəsmilərinin müşayiəti ilə Azərbaycanda fəaliyyət göstərən QHT və ictimai birliklərin üzvlərindən ibarət 70 nəfərlik nümayəndə heyəti Gəncəyə səfər edib.

Turan Araşdırma Mərkəzi xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Vətən müharibəsində Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxlərin xatirəsini anmaq üçün dağılan əraziləri ziyarət edib.

Səfər çərçivəsində Gəncənin Heydər Əliyev Mərkəzində yerli QHT nümayəndələrinin də iştirakı ilə konfrans keçiriləcək, Nizami Gəncəvinin məqbərəsi ziyarət olunacaq.

Qeyd edək ki, ilk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Reket hücumu zamanı bir ailə tələf olmuşdur.

Bu hücumlar nəticəsində şəhərə ciddi ziyan dəymişdir.


İldönümü ilə bağlı keçirilən tədbrindən fotoları təqdim edirik:
https://youtu.be/grN4i25TgYc

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ