Lənkəran mətbəxi- Balıq ləvəngisi

Lənkəran mətbəxi- Balıq ləvəngisi
Tarix :

15-01-2022, 16:21

Tərkibi:

1 ədəd iri kütüm

1 ədəd iri baş soğan

1 ½ stəkan qoz ləpəsi

2 xörək qaşığı palçıq turşu + üstünə və içinə sürtmək üçün (lavaşana da istifadə edə bilərsiniz: bunun üçün lavaşananı isti suda yumuşalana qədər həll edin)

zövqə görə duz

zövqə görə istiot

Hazırlanması:

1. Balığın pulcuqlarını təmizləyin, içalatını çıxardın. Sonra isə balığı yuyun və yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın.

2. Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın. Qozu da maşından keşirin. Bir qabda soğanı, qozu, palçıq turşunu, və zövqə görə duz-istiotu qarışdırın.

3. Sobanı 180˚C-dək qızdırın.

4. Balığın içinə və üstünə palçıq turşu sürtün. İçini ləvəngi içiylə doldurun. Balığı mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla (cocktail stick) bərkidin.

5. Balığı soba listinə qoyub qızdırılmış sobada üstü qızarana və içi bişənədək (təxminən 45 dəqiqə ərzində ) bişirin.

6. Yanında narşarabla süfrəyə verin.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ