"Avesta memarlıq abidəsi : “Keşişçi dağ" məbəd kompleksi" - Yeni kitab

"Avesta memarlıq abidəsi : “Keşişçi dağ" məbəd kompleksi" - Yeni kitab
Tarix :

24-04-2022, 18:45

“Tu­­ran Araşd­­ır­­ma Mər­­kə­­zi”nin qurucu sədri, ta­­nın­­mış tür­­ko­­loq, fi­­lo­­loq-ta­­rix­­çi, ic­­ti­­mai-si­­ya­­si xa­­dim, pro­­fes­­sor mərhum Əj­­dər Ta­­ğı­­oğ­­lunun “Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” adında yeni kitabı “Turan Araşdırma Mərkəzi”nin sədr müavini f.ü.e.d Cavid İsmayılın  redaktorluğu  ilə  çapdan çıxıb.

Kitabı təmənnasız  və nəfis şəkildə çap etdiyinə  görə   “Elm və Təhsil” nəşriyyatına  təşəkkürünü bildirən  Cavid  İsmayıl  qeyd  edib  ki,  əsər  Azərbaycan dili,  Anadolu türkçəsi və rus dillərində çap edilib. Kitabı  Anadolu türkçəsinə  f.ü.e.d. Nərgiz İsmayılova uyğunlaşdırıb, rus dilinə  Lalə Bağırzadə tərcümə edib.

Kitabda müəllif növbəti dəfə  kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına istinadən  tək­­zi­­be­­dil­­məz ger­­çək ta­­ri­­xi nə­­ti­­cə­­nin “Ke­­şik­­çi­­dağ Mə­­bəd-Komp­­lek­­si” ad­­la­­nan qə­­dim və or­­ta əsr­­lər in­­san ya­­şa­­yı­­şı məs­­kə­­ni­­nin, m.ö. IV əsr­­dən, m.s.VI­­II əs­­rə­­dək möv­­cud ol­­muş “Ön Qaf­­qaz Oğuz Al­­ba­­ni­­ya­­sı” döv­­lə­­ti­­nin ki­­çi­­cik bir coğ­­ra­­fi his­­sə­­si ol­­du­­ğu­­nu sü­­but edib.

Xatırladaq ki, professor Əjdər Tağıoğlu bu ilin 13 mart tarixində vəfat edib  və dünən  doğulduğu Çomaxtur kəndində qırx mərasimi  yad  edilib...

Allah rəhmət eləsin.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ