Ər meydanına "Cəngi" yaraşır- ÖZƏL

Ər meydanına "Cəngi" yaraşır- ÖZƏL
Tarix :

16-12-2022, 21:03

Laçın-Xankəndi yolunda keçirilən aksiyadan 5 gün keçir. Artıq  5 gündür  ki, ictimai xadimlər, ekofəallar, QHT nümayəndələri aksiya iştirakçılarına dəstək verməyə davam edir. Bu gün azərbaycanlı fəallar Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasında yeni tələblər səsləndiriblər. 

Hazırda Şuşa-Xankəndi  yolundakı aksiyada  iştirak  edən   "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədri, iqtisadçı alim, hüquqşünas  Cavid İsmayıl deyib ki,  Şuşaya davul-zurna  dəstəsinin  gəlməsini  təşkil etmişik: "Təsəvvür edin, dağın ətəyində, düşmənlə üz-üzə. İlk öncə "Cəngi", daha sonra "Yallı". Nəyə görə "Cəngi?" 

Bura ər meydanıdır. Türkün ata yurdudur. Belə bir yerdə "Cəngi" olmalıdır ki, xalqımızın məğrur olduğunu görsünlər. Dost sevinsin, düşmənə göz dağı olsun. Yallı isə xalqımızın birliyini göstərir. Hamı- gənc, yaşlı, media nümayəndələri yallıya qoşuldu".

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ