"Zəngəzur" toponiminin qədim etnogenez tarixi" adlı kitabın təqdimat mərasimi keçirildi

"Zəngəzur" toponiminin qədim etnogenez tarixi" adlı kitabın təqdimat mərasimi keçirildi
Tarix :

13-10-2023, 11:46

Oktyabrın 12-də Xəzər Universitetində "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin (İB) təsiscisi, filoloq - tarixçi, filologiya elmləri doktoru, professor mərhum Əjdər Tağıoğlunun müəllifi olduğu "Zəngəzur" toponiminin qədim etnogenez tarixi" adlı kitabın təqdimat mərasimi keçirildi.

"Turan Araşdırma Mərkəzi"nin əməkdaşlarının, Xəzər Universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri tədbirdə Ə.Tağıoğlunun həyat və yaradıcılığı, siyasi fəaliyyəti haqqında ətraflı məlumat verildi.

Tarix və arxeologiya departamentinin müəllimi t.ü.f.d Nurlan Nəsirov çıxış edərək bildirdi ki, sözügedən nəşrdə Azərbaycan dövlətçiliyi qədim ümumtürk tarixi kontekstində araşdırılıb. Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, "Zəngəzur" toponiminin qədim etnogenez tarixi" adlı layihə çərçivəsində nəşr olunub. "Zəngəzur" toponiminin etnokök tarixi Miladdan öncə minilliklərdən başlayır. Əjdər müəllimin yaradıcılığı geniş və çoxşaxəlidir. Mərhumun bu kitabı da onun müəllifi olduğu digər nəşrlər kimi dəyərli və əhəmiyyətlidir."

Yazıçı-publisist Yunus Oğuz kitabın əhəmiyyətini yüksək qiymətləndirərək onu Azərbaycan tarixinə dəyərli töhfə adlandırdı. Əjdər müəllimin dəyərli bir ziyalı alim, böyük şəxsiyyət olduğunu vurğulayan Y.Oğuz qeyd etdi ki, onun oğlu Cavid İsmayıl bu gün atasının şərəfli yolunu uğurla davam etdirir.

Müəllifin oğlu, "Turan Araşdırma Mərkəzi" İB-nin sədri, iqtisadçı alim Cavid İsmayıl çıxış edərək bildirdi ki, Əjdər müəllim 1990-cı illərdə Azərbaycanın ictimai-siyasi mühitinin ən fəal şəxslərindən biri kimi Ulu Öndər Heydər Əliyevə hər zaman sadiq olub, Yeni Azərbaycan Partiyasının qurucularından olub. Atasının ömrünün sonunadək geniş yaradıcılıqla məşğul olduğunu vurğulayan C.İsmayıl qeyd etdi ki, Əjdər müəllim tarixi, siyasi, ədəbi və elmi mövzularda bir çox kitabların müəllifi olub. Mərhum professor bir neçə kitabı eyni vaxtda yazırdı.

Sonra tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, nəşrin redaktorları Cavid İsmayıl, Yunus Oğuz və Aygün Attardır.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ