Şərqi Türkistan

Şərqi Türkistan
Tarix :

12-01-2022, 13:35

Şərqi Türküstan — Böyük Türküstanın bir qismi Çin Xalq Respublikası, digər hissəsi isə Orta Asiyanın uzaq şərq bölgələrinə aid olan şərq hissəsi.

Böyük və vahid Türküstan elləri Sovet İmperiyası və Çin Xalq Respublikası arasında qərb hissəsində keçmiş türk-sovet respublikaları, şərq hissəsində isə Uyğur Muxtar Vilayəti olmaqla iki hissəyə bölünmüşdür. Tyan Şan (Tanrı Dağ(?), uyğur-ing. Tengri Tagh) və Pamir dağ silsilələri iki türk məmləkəti arasında sərhəd təşkil edir. Şərqi Türküstanda Türk dünyasının bir çox tarixi əhəmiyyətli şəhərləri yerləşir. 

Bunlardan Qaşğar, Hotan, Turfan, Yarkənd, İli (Gülcə), Kumul, Aksu, Kuçar (Köçər) və Altayı misal göstərmək olar. Şərqi Türküstan ərazisi 1,6 milyon (bəzi rəqəmlərə görə, 1,8) kvadrat kilometr olan, şimaldan Altay, cənubdan Pamir dağları ilə əhatələnmiş, tam mərkəzində isə Tanrı dağlarının ucaldığı, türk tarixinin müqəddəs izlərini özündə daşıyan bir bölgədir. Paytaxtı Urumçi, rəsmi dilləri uyğur və standart çin dilləridir.

Tarixi sənədlərə görə, Şərqi Türküstandakı məhəlli hökmdarlar ilk dəfə Böyük Hun İmperiyası nun tərkibində birləşiblər.  552-ci ildə Göytürklər Ötükəni paytaxt elan edərək dövlətlərini qurublar. Müstəqil Göytürk dövləti 630-cu ilədək yaşayıb. O vaxtdan türk tarixində ağrılı dönəm başlayıb. Çin Şərqi Türküstanda çinliləşdirmə siyasəti həyata keçirməyə çalışıb. 660-cı ildə bölgəni işğal edib. 10 il sonra onların yerini tibetlilər alıb. 682-ci ildə İkinci Göytürk Xaqanlığı qurulub və bölgə göktürklərin nəzarətinə keçib. Ancaq onlar da uyğur bölgəsi üzərindəki nəzarəti saxlaya bilməyiblər və hakimiyyət başqa türk boyu olan türgislərə keçib. 1933-cü il noyabrın 12-də Şərqi Türküstanda – Kaşqarda istiqlal elan edilib 

1993-cü ilin rəsmi məlumatına görə, Şərqi Türküstan əhalisinin sayı 16 milyondur. Bunun 47 faizini yerli xalq olan müsəlman uyğurlar təşkil edir. Ikinci böyük çoxluq isə 37 faizlə xan millətindən olan çinlilərdir. Ölkənin üçüncü böyük xalqı sayı bir milyondan çox olan qazax türkləridir. Şərqi Türküstanda Çin müsəlmanları, qırğız türkləri, monqollar, taciklər, mancurlar, özbəklər, ruslar, dağurlar və tatar türkləri də yaşamaqdadırlar.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ