Qanun

Qanun
Tarix :

14-01-2022, 15:51

Qanun- Yatıq sazlar ailəsinə mənsub simli musiqi alətidir.

Orta Çağda üç qanun növü var idi:

  • Türk (kiçik)

  • Bağdad (orta)

  • Misir (böyük)

Azərbaycan qanunu Türkiyə və ərəb qanunundan 17 pillədən ibarət olan səsqatarı ilə fərqlənirdi. Ərəb və Türkiyə qanunlarında Azərbaycan qanunlarından fərqli olaraq, üçər sim sayca daha çoxdur.

Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində tarixən geniş yayılmışdır. 

İlk dəfə olaraq Azərbaycan qanun musiqisi vala 1959-cu ildə vala yazıldı: bu, Asya Tağıyevanın ifasında "Bayatı-Şiraz" və "Çahargah" muğamları idi.

Qanun üçün ilk peşəkar əsər yazan bəstəkar Zakir Bağırov olmuşdur. Əsər 1964-cü ildə 2 Arfanın müşayiəti ilə Moskvada Kremlin Sütunlu zalında Asya Tağıyevamın ifasında müvəffəqiyyətlə ifa olundu


TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ