Qızıl Orda İmperiyası

Qızıl Orda İmperiyası
Tarix :

12-01-2018, 17:40

Qızıl Ordu İmperiyası - bir Türk dövləti. Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, Avropa və Asiyaqitələrində yerləşən və təqribən 200 il ömür sürən Qızıl Ordu öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövləti olmuşdur. Bu dövlət qərbdə Dunaydan Fin körfəzinə, şərqdə İrtış hövzəsindən Ob çayının aşağı axınında, cənubda Qara dəniz, Xəzər dənizi, Aral dənizi və Balxaş gölünə, şimalda Novqorod torpaqlarındək ərazinin əhatə edirdi. Lakin rus knyazlıqları coğrafi olara Qızıl Ordaya daxil deyildi, onlar vassal asılılğında idilər. Qızıl Ordanın paytaxtı əvvəl Saray-Batı, XIV əsrin ortalarından etibarən isə Saray-Bərkə şəhəri olub. Rus mənbələrində bu dövlət Qızıl Orda, şərq qaynaqlarında isə "Cuci ulusu", "Dəşti-Qıpçaq" və ya "Göy Orda" adı ilə məlumdur.

Dövlətin başında Xan dayanırdı. Paytaxtı Saray Bərkə olub. Dövləti Xan evi idarə edirdi (Yani Xan, Oğulları və digər aylə üzvləri). Xan evindən başqa Dövləti Qızıl ordanın varlı şəxsləri və Bəyləri (Noyonlar) idəri edirdilər. Dövlət işləri ilə Bəylər-bəy maşğul idi, digər işlərlə isə Vəzirlər. Şəhərlərə və kəndlərə Daruğ-lar yollanırdılar oların vəzifəsi verqi yiğmaq idi. Ordunun başçıları Baskak adı daşayardılar. Ordunun başında "oğlanlar" idi

Qızıl Ordu ilk vaxtlar böyük monqol qanına tabe idi. XIII əsrin ortalarından etibarən isə müstəqil dövlətə çevrildi. Dövlətin rəsmi dili Çağatay türkcəsi idi.

1357-1380-ci illərdə Qızıl Ordada 25-dən artıq xan dəyişmişdi. XIV əsrin 60-cı illərində Xarəzm müstəqilləşdi, Həştərxan da Qızıl Ordadan ayırldı. Polşa və Litva Qızıl Ordaya məxsus Dneprboyu torpaqları işğal etdi. Qızıl Ordanın zəifləməsindən istifadə edən rus knyazları Dmitri Donskoyun başçılığı altında öz qüvvələrini birləşdirərək 1380-ci ildə Kulikovo döyüşündə Qızıl Orda xanı Mamayı ağır məğlubiyyətə uğratdılar. Bu zaman Qızıl Ordada hakimiyyəti ələ alan Toxtamış xan (1380-1395) mərkəzi hakimiyyəti gücləndirməyi bacardı. 1382-ci ildə Toxtamış Moskvanı tutaraq yandırdı. Sonra isə Əmir Teymura qarşı mübarizəyə başladı. Türk dünyasının bu iki mahir sərkərdəsi arasında baş verən mənasız çarpışmalar 1395-ci ildə Toxtamışın Terek döyüşündə ağır məğlubiyyəti ilə nəticələndi.

Bu məğlubiyyətdən sonra Qızıl Orda dövləti bir daha özünə gələ bilmədi. Güclənmiş Litva dövləti Qızıl Ordanı daim sıxışdırmağa başladı. XV əsrin 20-ci illərindən başlayaraq Qızıl Orda parçalandı. Qızıl Orda ərazisində Noqay Ordası dövləti, həmçinin Qazan, Həştərxan, Özbək, Sibir və digər xanlıqlar yaradıldı. 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ