Çulpan

Çulpan
Tarix :

17-01-2022, 23:28

Çulpan - türk mifologiyasında planetlər tanrısı.

Digər adları Colman, Çolbun, Çolmun, Çulban, Çolman və monqol dilində Solbon, Solbun, Sulbandır. Planetləri idarə edər və bir-birləriylə çarpışmadan hərəkət etmələrini təmin edər. Adı səmadakı ən parlaq planetlərdən birinə verilmişdir (Venera). Türklərdə qadın cinsində olaraq qəbul edilmişdir. Esege Xanın oğludur. Bir söz bənzərliyi səbəbiylə səhv olaraq "Çoban Uldızı" deyilmiş ola bilər. Bir başqa mənbədə bildirilib ki, çobanların bu ulduzu istiqamət tapmaqda istifadə etdiyi üşün buna çoban ulduzu da deyiblər. Çoban qılığında dağlarda gəzdiyi fikri əfsanələrdə əksini tapmışdır.

Tançolpan xanım - türk və altay mifologiyasında meşə tanrıçası. Çulpan ilə əlaqəli bir ruhdur. Meşə tanrısının qızı və ya nəvəsi olaraq bilinər. Çiyininə yaşıl şal örtər. Küləkdən daha yüngül bir paltarı vardır və bütün bədəni görünür. Başında çiçəklərdən bir çələng vardır. Şən bir gənc qızdır. Şəfəqdə gəzər və Çulpan ilə də qohumdur. Macarların şəfəq tanrıçası "Hajnal Anyácska"yı ağıla gətirir. Söz, Tan (şəfəq) və Çulpan sözlərinin mürəkkəb halıdır. Türkcədə Venera planetinə məşhur olaraq "Tan Çulpanı (Tan Çolpanı)" deyilməkdədir, bu səbəbdən bu tanrıça əslində monqollarda kişi olan Çolpanın, türk mədəniyyətində dişi olaraq qəbul edilməsinin bir nəticəsidir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ