Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ildə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən olan “Turan Araşdırma Mərkəzi” İB “Vətən yaşasın” adlı sənədli filmin  növbəti çəkilişlərini  davam etdirir.

Turan Araşdırma Mərkəzi  bildirir ki, sənədli filmin növbəti çəkilişləri  Tovuzun Əlibəyli kəndində davam etdirilir.

Sənədli filmin bu  dəfə ki  qəhramanı,  Elnarə Şahmalıyevadır. 2011 -ci  ildə  Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanmışdır.

Çap et