Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ildə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən olan “Turan Araşdırma Mərkəzi” İB “Vətən yaşasın” adlı sənədli filmin çəkilişlərinə start verib.

Turan Araşdırma Mərkəzi İctimai Birliyi xəbər verir ki, ilk çəkilişlərə plana uyğun olaraq Horadiz şəhəri və Füzuli rayonu ərazisindən başlanılıb.

Film vətənpərvərlik mövzusundadır. Gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımızdan bəhs edir.

Eyni zamanda, TAM tərəfindən ikinci sənədli filmin də çəkilişləri aparılır. Bu film də vətənpərvərlik mövzusundadır. Bu barədə daha geniş məlumatın veriləcəyini bildirən Bilman İshaq həmin filmin TAM-ın qalib gəlmiş layihəyə əlavə töhfə kimin hazırlandığını bildirib.

Növbəti çəkilişlər Tərtər, Goranboy,  Ağdamda aparılacaq.

Çap et