Turan Araşdırma Mərkəzi İB-nin sədr müavini Cavid İsmayıl öz feysbuk səhifəsindən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə müraciət edib.

Müraciətdə deyilir “Bir neçə ay öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş Katibi Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa İranla bağlı məktubla müraciət etdi.

Fikrimcə hörmətli şeyx bu dəfə İrana müraciət etməlidir. Müraciətində qəti şəkildə tələb etməlidir ki əgər İran Ermənistanın təcavüzü ilə əlaqədar olaraq doğrudan da Azərbaycanı dəstəkləyirsə, onda təcavüzkar Ermənistana gedən yolu bağlasın! Qazın nəql olunmasını dayandırsın! ”

Çap et