Turan Araşdırma Mərkəzi İctimai Birliyinin sədr müavini Cavid İsmayıl  sosial şəbəkə üzərindən təklif irəli sürüb.

Dəyərli dostlar!

Bü gün şanlı ordumuz erməni qəsbkarlarına qarşı sinə gərir! Oğullarımız Vətən uğrunda canlarını fəda edir və Vətən uğrunda düşməni məhv edir!

Təklif edirəm ki, uğrunda minlərlə şəhid verdiyimiz müqəddəs üç rəngli bayrağımızı eyvanlardan dalğalandıraq! Buradan dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımıza da üz tutub müraciət edirəm ki, bu təklifimizə qoşulsunlar.

Eyni zamanda sosial şəbəkələr vasitəs ilə, Azərbaycanın haqlı davasının yanında olan qardaş ölkələrə o cümlədən – Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr, Macarıstan, Pakistan, Ukrayna və s. müraciət edək ki, bayraqlarını bayrağımızın yanına sancsınlar! Diasporla İş üzrə Dövlət Komitəsindən xahiş edərdik ki dünya azərbaycanlılarının bu işə qoşulması üçün dəstək olsunlar.

Qəhrəman Azərbaycan əsgəri! Möhkəm dayan! Səninləyik!

Çap et