Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə artıq  iki aya yaxındır ki, bölgələrdə daxil olmaqla bir sıra tədbirlər keçirir.

TAM-ın "Tarixini unutma!" layihəsinin keçirilməsində əsas məqsəd, 200 ildən artıq bir zaman kəsiyində ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım hadisələrindən bəhs edcək. Belə ki,  XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən birinin azərbaycanlıların düşünülmüş, məqsədli olaraq kütləvi surətdə soyqırıma, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasının  vətəndaşlarımızın nəzərinə çatdıracaqdır.

 İrəvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilərin və tərəfdaşlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımını içtimaiyyətə bir daha açıqlamaq və eyni zamanda, zaman-zaman Azərbaycan dövlətindən zor gücünə qoparılmış Vətən torpaqlarını  tanıdmaqdır.

Layihənin icrası zamanı iştirakçılara TAM tərəfindən hazırlanaraq nəfis şəkildə  çap edilmiş broşyurlar və xüsusi hazırlanmış reklam çarxı nümayiş etdirilir və eyni zamanda elektron daşıyıcılarda iştirakçılara təqdim edilir.

ONN mediaTuran Araşdırma Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə hazırladığı xüsusi video çarxı geniş auditoriyaya təqdim edir.

Tarixini UNUTMA!

Çap et