Qonağımız tarixçi-alim Firdovsiyyə Əhmədovadır.

– Martın 31-i bir cümlə ilə Azərbaycan xalqı üçün nədir və nə baş verir həmin günü?

– Martın 31-i Birinci dünya müharibəsi başlayandan, 1920-ci ilə qədər Cənubi Qafqazda müsəlman əhalisinə – azərbaycanlılara qarşı baş verən soyqırımın rəmzi bir tarixidir. Bu gün Bakıda azərbaycanlılara qarşı qırğının ən pik bir günü kimi qeyd olunmalıdır. Məqsəd isə Azərbaycan Milli Hərəkatının sosial bazadan məhrum etmək, yerli əhalinin etnik təmizlənməyə məruz qoymaq və bu yolla ermənilərin böyük Ermənistan xülyasının gercəkləşdirmək, vahid və bölünməz Rusiya tərəfdarı olan qüvvələrin Azərbaycan muxtariyyətinə yol verməməsi, bolşeviklərin isə Qafqazda sovet hakimiyyətinin qurmaq niyyətindən irəli gələn qanlı bir akt idi.

– Bu yaxınlarda çox qəribə bir paralellər aparmışıq. Ermənilərin siyasətləri həmişə belə olub. Bir şeyi deyiblər və başqa bir işi görüblər. Məslən, Batumidə imzalanan sənəddə onlar Dağlıq Qarabağı, daha doğrusu Qarabağın Dağlıq ərazisinə iddialarının olmayacağını bəyan etmişdilər. Mən istəyirəm bu hadisə haqqında bir az ətraflı danışaq. Nə baş vermişdi onda və bu sənədlər nəyi nəzərdə tuturdu?

– Batumidə imzalanan müqavilələr məhz Osmanlı imperiyasının may ayında elan etdiyi Cənubi Qafqaz Respublikaları arasında bağlanıb. Amma sizin söylədiyiniz kimi, götürülən öhdəliklər bundan öncə olmuşdur. Bu isə Batumidə gedən danışıqlardan irəli gəlirdi. Məslənin məğzi nədən ibarətdi? bolşevik Rusiyası Birinci dünya müharibəsindən ilhaqsız və təzminatsız çıxdığını elan etdi. Və təbii olaraq sülh danışıqlarına getmək məcburiyyətində idi. Bu baxımdan qarşı tərəfdən də sülh bağlayacaq dövlətlərdən biri də Osmanlı idi. 1918-ci il martın 3-də bağlanan məlum sülh müqaviləsinə görə, Qars, Ərdaxan, Batum Osmanlı dövlətinə verilməli idi. Zaqafqaziya seymisə nə bolşevik Rusiyasını tanımır, nə də Osmanlı dövlətinə həmin əraziləri güzəştə getmək istəmirdi. Osmanlı dövləti belə bir tələb qoymuşdu ya müstəqilliyini elan elə, ya da Rusiyanın bir parçası kimi o dövlətin imzaladığı müqaviləni yerinə yetir. Bu baxımdan Zaqafqaziya seymi ilə Osmanlı dövləti arasındakı müharibədə təbii ki, Osmanlı dövləti qalib gələrək irəlilədi. Keçmiş İrəvan quberniyasının 7 qəzasından 5-ni nəzarət altında saxladı. Belə olan bir hallda Cənubi Qafqazda kiçik bir erməni dövlətinin yaradılması məsələsi danışıqlar predmenti idi.

– Qeyd edirsiz ki, yadılmasıni istəmirdilər, bəs necə oldu yardıldı?

– Danışıqlar başçılıq edən Xəlil paşa ilə Vehib paşa onların da motivləri ondan ibarət idi ki, əgər biz Qafqazda kiçik bir erməni dövləti yaratsaq onda beynəlxalq aləmdə ermənilərin iddialarını gündəmdən çıxarmış olaraq. Əks təqdirdə burdakı 400-500 min ermənini də Osmanlı dövlətinə bir bəla kimi başımıza almış olarıq. Burda ermənilərin də iddiaları var idi, israr edirdilər. Belə olan təqdirdə bu hansı ərazilər hesabına yarana bilərdi? Azərbaycan ərazisi. Burada yalnız iki – Eçmiədzin və Yeni Bəyazid qəzalarının ərazilərindən söhbət gedir. Yeni yaradılan dövlətə bir siyasi mərkəz lazım idi. O isə Qarsdan sonra Gümrü şəhəri ola bilərdi. Gümrü şəhərini isə Osmanlı dövləti öz nəzarəti altına almışdı və güzəştə getmək istəmirdi. Belə olan halda İrəvan şəhərinin artıq siyasi mərkəz kimi verilməsi Azərbaycan nümayəndə heyətinin qarşısında bir şərt kimi qoyulmuşdu. Sizin dediyiniz kimi o razılaşma Erməni və Azərbaycan Milli Şuraları arasında aparılan danışıqlarda ermənilər öhdəlik götürdülür ki, Qarabağın yuxarı hissəsinə iddia etməyəcəklər. Gələcəkdə konfederasiya şəraitində yaşamaq şərtilə İrəvan şəhəri şər bir zərurət kimi erməni federasiyasına mərkəz olaraq verildi.

– Biz ermənilərə nə qədər ərazi verdik?

– Batumi müqaviləsində göstərildiyi ərazi Ararat respublikası üçün10 min kvadrat kilometr.

– Növbəti sualım isə Qarabağın Dağlıq hissəsinə iddia etməyəcəyini bildirən ermənilərin sonradan öz işğalçı siyasətini davam etdirməsilə bağlıdır. Nə qədər onlar insan öldürdülər, nə qədər kənd və şəhər yandırdılar?

– İrəvan quberniyasını tam olaraq götürdükdə 250 qədər müsəlman kənddini yerlə bir ediblər. Bu isə 1918-ci ilin fevralından başlayaraq. Birinci dünya müharibəsində Türkiyə məğlub oldu. Həmin o beş qəzadan qoşunlarını geri çəkmək məcburiyyətində qalanda Ararat respublikasının nizami qoşunları İrəvan quberniyasının beş qəzasını da tutdular. Halbu ki, quberniya tamlıqla Arart respublikasına verilməmişdir. Onun bir hissəsi Azərbaycan Xalq Cumhuriyyətinin nəzarəti altında olmalı idi.

– İstəyirəm ki, çox sadə bir sualla, çox sadə bir cavabla sizin dediklərinizi sadə bir tamaşaçı üçün əlçatımlı edək. Bayaq qeyd etdik ki, Azərbaycan Xalq Cumhuriyyətinin dövründə 10 min kvadrat kilometr ərazin ermənilərə federasiyasına verildi ki, guya orda özlərinin dövlətini yaratsınlar. Amma indi 29 min 800 kvadrat kilometr əraziyə malikdir. Bax bu necə oldu bu kilometrlər artdı?

– Keçmiş İrəvan xanlığının ərazisini əhatə edən qəzaların hamısını ermənin qoşunları zəbt etdilər. O zaman Azərbaycan dövləti buna müdaxilə edə prosesin qarşısını ala bilmədi. Çünki, artıq ingilislər Bakıya daxil olmuşdular və Azərbayca dövlətçiliyi sual altında idi. Amma bu o demək deyil ki, həmin qubernya ilə bağlı məslənin Azərbaycan hökuməti razılaşmışdı ki, həmin ərazilər itirilib. 1920-ci ildən başlayaraq Zəngəzurun dağlıq hissəsi Ermənistana verildi. Şərur, Dərələyəz alınıb verildi. Eyni zamanda Qazağın və Naxcıvan Muxtar ərazisinin bir hissəsi verilərək orda Mehri rayonu yaradıldı. Nəticədə Naxcıvan arasında quru əlaqəsi kəsildi və bunlar məhz bu torpaqlar hesabına ermənilər 29 min 800 kvadrat kilometr əraziyə çatdılar.