Özbəkistan

Özbəkistan
Tarix :

10-01-2022, 23:36

Özbəkistan — Asiyada dövlət.

Özbəkistan Mərkəzi Asiyanın mərkəzi və şimal-qərb hissəsində yerləşir. Şimal-şərqdə Qırğızıstan, şimal və şimal-qərbdə Qazaxıstan, cənub-şərqdə Tacikistan, cənub və cənub-qərbdə isə Türkmənistan və Əfqanıstanla həmsərhəddir. Paytaxtı Daşkənd şəhəridir. Daşkənd aeroportu, Səmərqənd dəki Bibixanım məscidi islam aləmində və Mərkəzi Asiyada yerləşən məscidlərdən ən böyüyüdür. Özbəkistanda həm də Asiyanın ən böyük qızıl mədəni yerləşir.

Özbəkistan böyük bir tarixi olan qədim ölkədir. Burada sanki zaman öz "imzasını" qoyub. Ən mühüm şəhərləri Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbzdir. Ölkədə müxtəlif tarixi abidə, məscid və muzeylər var. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şaxi Zinda məqbərəsi, əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir mavzoleyi, Ağ-Saray, Reqistan meydanının adını çəkmək olar. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın arxitektura abidəsi var. Qədim Xivə isə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə1990-da YUNESKO-nun Ümumdünya irsinə daxil edilib. Özbəkistan Respublikası Orta Asiyada, Əfqanıstanın quzeyində yerləşən müstəqil Türk dövlətidir. Altay dil qrupuna daxil olan müxtəlif Türk tayfalarının bu ərazidə (Amudərya və Sırdərya çayları arasında) məskunlaşması prosesi hələ qədim dövrlərdən başlanmışdır.

E.ə 3-cü əsrdə bu əraziyə köç edən tayfalar arasında hunlar da olmuşdur. Hunlar daha sonra ərazilərini genişləndirərək cənuba və qərbə doğru hərəkət etmişlər. VIII əsrdə Ərəb xilafətinin Mavərənnəhri (iki çay arasında Amudərya və Sırdərya çayları arasında yerləşən torpaq) işğal etməsindən sonra bu ərazi Xilafətin sosial və mədəni həyatında əsas rol oynayan regionlarından birinə çevrildi. Ərazidən keçən Böyük ipək yolu şərqlə-qərbi birləşdirir, cənubdan şimala, şimaldan cənuba gedən insanlar bu torpaqlardan keçməli olurdular. Bu bölgədə yerləşən Buxara, Səmərqənd və Kunya-Urgənc şəhərləri Hindistan, Çin, Misir, Bizans və slavyan ölkələrindən gələn karvan yollarının qovşağında yerləşirdilər. 10-12-ci əsrlər ərzində Xorasan və Mavərənnəhr ərazisində Qaraxanilər, Qəznəvilər, Səlcuqlar, Xarəzmşahlar (Türk sülalələrinin hökmran olduğu Türk dövlətləri) dövlətləri mövcud olmuşdur. Ərazinin daimi müharibələrə məruz qalmasına baxmayaraq bu dövrdə mədəniyyət və elm yüksək səviyyədə inkişaf etmişdir. Siyasi cəhətdən müstəqil və muxtar dövlətlərin yaranması regionda iqtisadi və mədəni inkişafın güclənməsinə geniş imkanlar açmışdır. Bu dövr tarixdə "Şərqi İntibah Dövrü" kimi tanınır. Çünki, bu dövr İslam və Türk aləminə, Mahmud Kaşğari (XI əsrdə Orta Asiyanın ilk Türkşünas-ensiklopediyaçı alimi, coğrafiyaşünas və səyyahı), Əl Biruni (böyük ensiklopediyaçı alim, tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, minerologiya və başqa elm sahələrinə aid 150-dən çox əsərin müəllifi), İbn Sina (müsəlman dünyasının ən büyük təbibi), Xoca Əhməd Yasəvi (riyaziyyatçı, coğrafiyaşünas alim) kimi ayrı-ayrı elm və sənət sahəsinə yeniliklər gətirmiş bir çox insanları bəxş etmişdir.

Ərəb istilasından sonra ərazi ardıcıl olaraq müxtəli Türk dövlətlərinin – Çingiz Ulusunun, Qızıl Orda Dövlətinin və Teymurilər imperiyasının ərazisinə daxil olmuşdur. Lakin XV əsrin sonu XVI əsrin əvvəllərində tez-tez baş verən daxili çəkişmələr Teymurilər dövlətinin məhvini labüd etdi. Lakin bu yalnız dövlətin məhvi idi. Belə ki, XVII əsrin əvvəllərində Teymur nəslindən olan Fərqanə hakimi Babur Hindistanı işğal etdi və yeni qurduğu dövləti Böyük Babur İmperiyası adlandırdı. XIX əsrin ikinci yarısında Türküstan həyatı çətin sosial, iqtisadi və siyasi hadisələrlə zəngindir. XIX əsrin sonlarında isə Özbəkistan ayrı-ayrı xanlıqlara parçalanmış şəkildə Rusiya imperiyası tərəfindən işğal edilmişdir. 

Özbəkistan ərazisində 12 vilayət, bir muxtar respublika var. Bu vilayətlərə Buxara, Cizzəx, Nəvai, Qaşqadərya, Səmərqənd, Sırdərya, Surxandərya, Daşkənd, Fərqanə, Əndican, Namanqan, Xarəzm daxildir. Özbəkistan Mərkəzi Asiyanın ən çox əhali yaşayan hissəsidir. Burada 33.469.203 nəfər əhali yaşayır. Ölkənin ümumi sahəsi rəsmi məlumatlara əsasən 448.9 min2-dir. Özbəkistan, 20 İyun 1990-cı ildə suverenliyini, 1 Sentyabr 1991-ci ildə isə müstəqilliyini elan etmişdir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ