Qırğızıstan

Qırğızıstan
Tarix :

10-01-2022, 23:23

Qırğızıstan – Orta Asiyada dövlət. Ərazisinin əksər hissəsi dağlarla əhatə olunmuş Qırğızıstanın dənizə çıxışı yoxdur. Ölkə şimaldan Qazaxıstan, qərbdən və cənub-qərbdən Özbəkistan, cənub-qərbdən Tacikistan, şərqdən Çin Xalq Respublikası ilə həmsərhəddir. Ölkənin ən böyük şəhəri və paytaxtı Bişkek şəhəridir. Dənizə çıxışı olmayan Qırğızıstanın qonşuları şimalda Qazaxıstan, qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan və cənub-şərqdə Çin Xalq Respublikasıdır. Tanrı dağları ölkənin 80%-ini əhatə etdiyi üçün ölkəni bəzən "Mərkəzi Asiyaın İsveçrəsi" adlandırırlar. Tanrı dağlarının şimal-qərbində yerləşən və ölkənin ən böyük gölü olan İsıkgöl gölü Titikakadan sonra dünyanın ən hündür dağ gölüdür.

Qırğızıstan, "Qırğız ölkəsi" mənasına gəlir. Qırğız adının mənşəyi haqqında isə bir neçə nəzəriyyə vardır. Bunlardan birincisi Qırx iz adlandırılmış yəni Qırxlardır. Bir başqa nəzəriyyəyə görə də "Qırğız" adı, "qırx uzun" yəni "qırx boy" mənasını verir və Qırğız bayrağındakı qırx şüalı günəş də bu qırx boyu təmsil edir. 

Qırğızların etnik tarixi hun, sak və usun qəbilələri ilə bağlıdır. Bu qədim türk qəbilələri e.ə VII əsrdə köçəri tayfa ittifaqları yaratmışdılar. Qırğızlar, Göytürk dövründə Kögmen (Sayan) Dağlarının şimalında yaşayırdılar. 840-ci ildə Uyğur Dövlətini yıxaraq bu ərazilərdə öz dövlətlərini qurmuşlar. Daha sonra bu gün yaşadıqları torpaqlara gələn Qırğızlar, Qaraxanlılar zamanında müsəlman olmuşdular. Sonrakı əsrlərdə Qırğızıstan ərazisi müxtəlif yadelli dövlətlərin əsarəti altına düşmüşdür. Ölkə XIX əsrdə Rusiyanın tərkibinə daxil edilmişdir. 1919-cu ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibində Qara-Qırğız Muxtar Bölgəsi kimi daxil edilmişdir. 5 dekabr 1936-da Qırğız Sovet Sosialist Respublikası kimi Sovet İttifaqının tərkibində olmuşdur. Qırğızıstan 1991-ci ildən müstəqilliyini elan etmiş parlamentli respublikadır. Ölkənin başçısı prezidentdir.

Qırğızıstan çoxmillətli ölkədir. Burada ruslar, özbəklər, ukraynalılar, tatarlar, qazaxlar, taciklər, uyğurlar, almanlar və 1930-1940-cı ilərdə buraya sürgün olunan azərbaycanlılar yaşayır.

Ölkənin relyefii əhalinin məskunlaşmasına və ərazinin təsərrüfat baxımından mənimsənilməsinə güclü təsir etmişdir. Əhalinin 80%-dən çoxu dağətəyi düzənliklərdə və çay vadilərində cəmləşmişdir. Təbii artım yüksəkdir – hər 1000 nəfərdə 16 nəfər. Orta sıxlıq 1 km²- 27 nəfərdir. Əhalisi çox sıx olan ərazilər Çu, Fərqanə və Talas vadiləridir. Qırğızıstanın əhalisi 6.687.548 milyona yaxındır. 

Qırğız dil Sentyabr 1991-dən bəri ölkənin rəsmi dilidir. Bununla yanaşı, Rus Dilində də bu ölkədə rəsmi mövqeyə malikdir. Qırğız dil Türk ləhcələrinin Qıpçaq Qrupuna mənsub bir dialekt kimi qəbul edilir. Bundan başqa, onu Cənubi Sibir bölgəsi içində bir Türk ləhcəsi kimi qəbul edən fikirlər də vardır. XX əsrə qədər Ərəb əlifbası,1928-ci ildə latın əlifbasını, 1948-ci ildə isə kiril əlifbasını istifadə etməyə başlamışdır. Bu gün Qırğızıstanda dominant din İslamdır. 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ