“Turan Araşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində vətənpərvərlik mövzusunda tədbir keçirib

“Turan Araşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində vətənpərvərlik mövzusunda tədbir keçirib
Tarix :

27-09-2019, 15:43

Lənkəran Dövlət Universitetində vətənpərvərlik mövzusunda tədbir keçirilib Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci Qrant müsabiqəsinin qaliblərdən biri olan "Turan Araşdırma Mərkəzi" İB Lənkəran Dövlət Universitetində (LDU) vətənpərvərlik mövzusunda tədbir keçirib

Tələbə və müəllimlərin qatıldığı tədbiri LDU-nun sosial məsələlər üzrə prorektoru dosent Kamran Kazımov açaraq bildirib ki, "Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!" adlı layihənin əsas məqsədi Vətənə məhəbbət, ilk növbədə dilimizə, milli musiqimizə, tarixi keçmişimizə, folklorumuza sahib çıxmaq, insanların mənsub olduğu dini dəyərlərə, ənənələrə hörmətlə yanaşmaq, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır. "Turan Araşdırma Mərkəzi" İB-nin sədr müavini Cavid İsmayıl çıxışında vətənpərvərliyi ən ali insani hiss kimi dəyərləndirib. Bildirib ki,bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgə yaşayışının tarixi təcrübəsi olan Azərbaycan, multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilib. Müasir dövrdə ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti dövlətimizin tarixi ənənələrə sadiq qalmasının bariz nümunəsidir. Lakin xaricdən yönələn təhdidlərin, ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin qarşısında xalqımızın vahid Azərbaycanın ideyası və əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərməsi önəmlidir

Şair, publisist, sosioloq alim, professor Əhməd Qəşəmoğlu, "Olaylar" İnformasiya Agentliyinin baş direktoru, yazıçı-publisist Yunus Oğuz layihənin əhəmiyyəti, görüşün məqsədi barədə iştirakçılara ətraflı söz açıblar. Yazıçı-publisist Y.Oğuz qeyd edib ki, tarixi romanlar yazmaqda məqsədi tarixi şəxsiyyətlərin, xalq qəhrəmanları və sərkərdələrimizin əsl gerçəkliyini cəmiyyətə təqdim etməkdir: "Məlum olduğu kimi müstəqillik illərinə qədər Azərbaycan xalqının qəhrəmanları və sərkərdələrinin yalnız mənfi tərəfləri barədə cəmiyyət məlumatlandırılıb.Yaxud, onların müsbət tərəfləri bədii vasitələrlə mənfi obraza salınaraq xalqa təlqin edilib. Nəticə etibarilə xalq öz qəhrəmanı, sərkərdəsinə hər zaman mənfi yöndən yanaşıb. Yetişməkdə olan gənc nəsl özünü həmin qəhrəmana, sərkərdəyə bənzətmək əvəzinə ona sonsuz nifrətlə yanaşıb. Təbii ki, bu da keçmiş Sovet ideologiyasına xidmət edən bir siyasət idi. Çünki həmin qəhrəman və sərkərdələrin müsbət obrazda, vətənpərvər kimi cəmiyyətə təqdim edilməsi nəticə etibarilə gələcək nəsilləri məhz həmin tarixi şəxsiyyətlərdən ibrət götürməsi, özünü ona oxşatması ilə müşahidə edilə bilərdi. Ona görə də 70 illik Sovet hakimiyyəti dövründə Attila, Nadir şah, Əmir Teymur, Təhmasib şah, Sultan Apl Arslan kimi tarixi şəxsiyyətlər bir qayda olaraq cəmiyyətə, yetişməkdə olan gənc nəslə qaniçən, zalım biri kimi təqdim olunurdu ki, onlara qarşı ümumilikdə xalqın bir nifrət hissi formalaşsın. Lakin tarixi şəxsiyyətlərə yeni baxış nəticəsində "Əmir Teymur-Dünyanın hakimi", "Əmir Teymur-Zirvəyə doğru", "Nadir şah", "Təhmasib şah", "Sultan Alp Arslan" kimi tarixi əsərlər ərsəyə gəldi ki, hazırda həmin romanlar gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsi istiqamətində əhəmiyyətli rol oynayır. Çünki bir vaxtlar həmin tarixi qəhrəmanlarımıza nifrətlə yanaşan gənclik artıq özünü bu dahi şəxsiyyətlərə bənzətməyə çalışır. Başqa sözlə, gənclərimiz bu tarixi sərkərdələrimizdən vətənpərvərliyin necə olduğunu öyrənmiş oldu". Vətənin sabahı bu gün yetişdirilən gənclərdən, onların məfkurəsindən, xalqına və vətəninə nə dərəcədə bağlılığından asılıdır deyən Yunus Oğuz tarixi mövzuda yazdığı əsərlərində vətənpərvərlik mövzusunu daim diqqətdə saxladığını deyib və kitablarını tələbələrə hədiyyə edib.

Tədbirdə vətənpərvərlik ideyalarını, azərbaycançılıq məfkurəsini təbliğ edən, Azərbaycanın məruz qaldığı tarixi faciələri əks etdirən videoçarx nümayiş etdirilib, iştirakçılara bukletlər, braşuralar, videomateriallar paylanılıb. Qeyd edək ki, TAM-ın qalib gəlmiş "Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!" adlı layihəsi, Vətənə məhəbbət, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır. Eyni zamanda insanlarımıza Azərbaycanın müstəqilliyini həzm edə bilməyən, zaman-zaman böyük güclərin təsirindən istifadə edərək Azərbaycana qarşı torpaq iddiaları qaldıran xalqlar, millətimizə qarşı soyqırımlar törədən, xaricdən yönələn təhdidlərin, ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin, ölkəmizin dövlətçilik sütünlarını sarsıtmaq arzusunda olan qüvvələrin Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməmələrini aşılamaqdır. Bu baxımdan insanlarımıza bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgə yaşayışının tarixi təcrübəsi olan Azərbaycanın, multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilməsini, müasir dövrdə ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinin dövlətimizin tarixi ənənələrə sadiq qalmasının bariz nümunəsi olduğunu və ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin qarşısında xalqımızın vahid Azərbaycan ideyası və əsası Ümummilli lider Heydər Əliyev 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ