Türkmənistan

Türkmənistan
Tarix :

10-01-2022, 23:30

Türkmənistan — Asiya qitəsində dövlət. X əsrdə Türkmənistanın ərazisinə oğuzlar (indiki türkmənlərin əcdadları) köçüb gəlirlər. Oğuzlar XIII əsrdə Səlcuq dövlətini yaradırlar. XVI əsrdə Türkmənistan ərazisi Xivə və Buxara xanlıqlarının tabeçiliyinə düşür. 1869-cı ildə Çar Rusiyası tərəfindən işğal olunur. 1921-ci ildə Türküstanın tərkibinə daxil olur. 1924-cü ildə isə SSRİ tərəfindən Türkmənistan MSSR-i yaradılır və SSRİ-nin tərkibinə daxil olur. 1991-ci ildə müstəqil Türkmənistan Respublikası elan olunur.

Ölkənin geosiyasi mövqeyi Avropa ölkələri ilə Çin və Hindistana gedən quru yollarının üzərində yerləşməsi baxımından əlverişlidir. Ölkə ərazisinin 80%-dən çoxu Turan ovalığında okean səviyyəsindən 100-200 metr hündürlükdədir. Xəzər dənizidə bir sıra adalara malikdir. Oğurçalı adası ilə Çələkən yarımadası arasında Çələkən Oğurçalı boğazı yerləşir. Zəngin təbii qaz və neft ehtiyatına görə ölkə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Ölkə ərazisində 144 neft və qaz yatağı aşkar edilmişdir. Onlardan yalnız 40 yataq istismar olunur (Xəzərətrafı, Buxara-Xivə, Mraı, Lebap və s.). Yeraltı sərvətlərdən kükürd, kalium və daşduz, bentonit gili, mirabilit, alunit vardır. Türkmənistan etnosunun mənşəyi qədim türk və akhun qəbilələri ilə bağlı olub. Etnosun formalaşmasında oğuzlar yaxından iştirak etmişlər.

Bölgə XIII əsrdə Çingiz Xan tərəfindən işğal edilib. Daha sonrakı əsrlərdə İran hökmdarı, Xivə xanları, Buxara əmrləri və Əfqan bəyləri arasında çəkişmələrə səbəb oldu. 1868-ci ildə ruslar, Xəzər Dənizinin şərq sahilinə çıxdılar və Kradsnovodsk limanını qurdular. Oktyabr çevrilişindən sonra Türkmənlər, müvəqqəti bir hökumət təşkil etdilər, lakin XI rus ordusu 1919-cu ildə Aşqabadı, 1920-ci ildə Krasnovodsku işğal etdi və Türkmənistan, Rusiya Federativ Sovet Sosialist Respublikası tərkibində muxtar Sovet Sosialist Respublikası oldu. 27 oktyabr 1924-cü ildə SSRİ-nin mərkəzi icraiyyə komitəsi, Orta Asiya torpaqlarının sərhədlərini təyin etmə qərarı qəbul etdi və Türkmənistan, Buxara və Xarəzm respublikalarının əraziləri Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan arasında bölüşdürüldü. Sonra Türkmənistan Buxara və Xarəzm torpaqları ilə birlikdə Sovet İttifaqının tərkibinə daxil edilmişdir. 1992-ci ildən müstəqil olmuşdur.

Türkmənistanda kənd əhalisi üstünlük təşkil edir (55%). Əhali əsasən, Qaraqum kanalı zonasında, Murqab və Təcən çaylarının deltasında, Kopetdağın ətəyində cəmləşmişdir. Aşqabad şəhəri Türkmənistan Respublikasının paytaxtı, mühüm elm, sənaye və mədəniyyət mərkəzidir. Başqa əsas şəhərləri Cərco, Daşoğuz, Marı, Nebitdağ, Türkmənbaşıdır. 

Ölkə əhalisini  türkmənlərin , özbəklərin , rusların , digər millətlərin təşkil etdiyi qeyd edilmişdir. Türkmənlər həmçinin Özbəkistanda, Tacikistanda, İranda, Əfqanıstanda və Rusiya Federasiyasında da yaşayırlar. Türkmən dili, Ural Altay dil qrupunun Altay qolunu təşkil edən qərb Türkcəsinin bir variantıdır.  Türkmən dili digər Oğuz boyundan olan Azərbaycan və Türkiyə türkcəsinə çox yaxın qohum dildir.. Əhalisinin sayı 6.031.200- dür.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ