Qatıqla yarpaq dolması resepti

Qatıqla yarpaq dolması resepti
Tarix :

28-12-2018, 22:55

Tərkibi:
Üzüm yarpaqları - 50 qr
Çəkilmiş qoyun əti - 500 qr
Düyü - 50 qr
Soğan - 200 qr
Duz, istiot - zövqə görə
Bitki yağı
Keşniş, şüyüd, nanə, tərxun - dəstə

Hazırlanması:
Göyərtiləri yaxşıca yuyun. Düyünü də yuyun. Əti soğanla, bütün inqrediyentlər düyü, doğranmış göyərti və zövqə görə qara istiotu qarışdırın.

Üzüm yarpaqlarını yuyun, qaynar suda 2-3 dəqiqə saxlayın, sonra çıxarın. Geniş dibli qazana biraz yağ tökün (bitki yağı ola bilər), böyük yarpaqları qazanın dibinə düzün.

Yarpaqları bir-bir götütün, əti arasına qoyun və bükün. Dolmanı qazana düzün.

Qazanı ocağa qoyun, dolmanın son sırasına qədər su ilə doldurun, üzərinə kiçik düz bir boşqab qoyun ki qaynadığı zaman dolma qalxıb, açılmasın. Qapağını bağlayın, təxminən 1-1,5 saat yarpaqlar yumşayana qədər bişirin.

Nuş olsun!

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ