Əfşarlar imperiyası

Əfşarlar imperiyası
Tarix :

12-01-2022, 15:13

Əfşarlar dövləti (1736-1796/1804) — Səfəvilər dövləti dağıldıqdan sonra meydana gəldi.

Nadir şah Əfşar dövlətin banisi oldu. II Təhmasib Nadir xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmak məqsədi ilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi. Lakin döyüşdə məğlub olduqdan sonra İrəvan Osmanlıların əlinə keçdi. Nadir xan 1732-ci ildə II Təhmasibi hakimiyyətdən uzaqlaşdıraraq onun yerinə 8 aylıq oğlu III Abbası hakimiyyətə gətirdi. Özü isə onun naibi adından dövləti idarə etməyə başladı. Lakin 1736-ci ilin mart ayında, o, Muğan qurultayı çağıraraq özünü şah elan edir və "Əfşarlar" dövləti (1736-1796) adı altında yeni dövlət qurdu və itirilmiş əraziləri geri qaytardı. Beləliklə, Səfəvilər dövləti (1501-1736) süquta uğradı. Nadir şah 1747-ci ildə sui-qəsd nəticəsində öldürüldü.

Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuz eli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə Azərbaycana, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, və Əfqanıstana da yayılmışlar. Əfşarlar Oğuzun o biri nəvələri Qınıqlar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər. 

Bu adın əfşar Azərbaycan-türk mənşəli etnonimdən yaranması şübhə doğurmur. Əfşarlar Azərbaycan xalqı və dilinin formalaşmasında əsas rol oynayan və Azərbaycan ərazisində toponimlərin yaranmasında fəal iştirak edən etnos olmuşlar. Avşar etnonimi İran ərazisində də çox yayılmışdır. Türk xalqlarının abidələrində bu tayfanın adı çəkilir. Əfşarların İranda geniş ərazidə yayıldığını V.İ.Savina qeyd edir: “Əfşarlar İranın türk əhalisinin arasında hazırkı dönəmdə böyük qrupları vardır. Səfəvilərə qədər Azərbaycanda (Cağatu çayından şərqdə), sonra demək olar ki, hər tərəfə yayıldılar. İndi onlara Azərbaycanda rast gəlmək mümkündür.” Əfşarların 1071-ci il Malazgird döyüşündə Anadolunun türk yurdu halına gəlməsində Qayılar, Qınıqlar kimi ilk sıralarda yer aldıqlarını göstərən mənbələr mövcuddur. Onlar, türk ulusu içərində bir boy olduğuna baxmayaraq türk topluluğu arasında əfşarların adı çox çəkilir. Əfşarlar Oğuzların islamdan öncəki tarixində də əhəmiyyətli rol oynamış boylardan biridir. 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ