Balıq buğlaması

Balıq buğlaması
Tarix :

15-01-2022, 11:00

Tərkibi:

1 kilo bölgə balığı (beluqa) – tikələrə bölünmüş

2 ədəd pomidor – qabığını soyub, doğrayın

1 ədəd yaşıl bibər – doğrayın

1 ədəd kərəviz sapı – doğrayın

yarım stəkan doğranmış cəfəri

2 ədəd dəfnə yarpağı

1 ədəd kiçik limon – 4 dilimə kəsilmiş

4 xörək qaşığı kərə yağı

duz, istiot

Hazırlanması:

1. Qazan və ya dərin tavanın dibinə balıqları düzün.

2. Duz-istiot səpin. Qalan ərzaqları bu qaydada balığın üstündən lay-lay düzün – pomidor, bibər, kərəviz, cəfəri, dəfnə, limon, kərə yağı.

3. Qazanın qapağını örtün və buğlamanı vam odda təxminən 30 dəqiqə ərzində, və yaxud balıq bişənədək bişirin.

4. Çörəklə süfrəyə verin.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ