Kələm dolması resept

Kələm dolması resept
Tarix :

28-12-2018, 22:57

Tərkibi:


Qoyun əti: 162 qram,
Düyü: 20 qram,
Noxud: 10 qram,
Baş soğan: 15 qram,
Dolmalıq kələm: 220 ram,
Şabalıd: 50 ram,
Keşniş: 15 qram,
Pomidor: 50 qram,
Üzüm sirkəsi:10 q, və ya limon duzu: 2 q,
Toz şəkər: 5 qram , və ya doşab – 15 qram,
Darçın: 0,1 qram,
Duz (lazım olduğu qədər)

Hazırlanması:


Kələm dolması hazırlamaq üçün əvvəlcə qiymə hazırlanır. Qiymə hazırlanarkən ətçəkən maşından soğan da keçirilir və yaxud da soğan çox kiçik – kiçik halda doğranılır.
Qiymə hazırlamamışdan əvvəl soyuq suda noxud ləpəsi isladılır. Noxud ləpəsinin əvvəlcədən isladılmasının səbəbi yumşalması üçündür. Şabalıdlar təmizlənir və kiçik – kiçik ölçüdə doğranılır.
Daha sonra soğanlı hazır qiyməyə düyü, əvvəlcədən isladılmış noxud ləpəsi, kiçik ölçüdə doğrnamış şabalıd, doğranmış pomidor, kiçik- kiçik doğranmış göyərti, lazımi qədər istiot və duz əlavə edilir.
Bütün bu qarışıqlar və qiymə yaxşıca qarışdırılır.
Dolmanın içi hazır olduqdan sonra sıra gəldi kələmin hazırlanmasına.
Su geniş bir qazanda qaynadılır.
Bu qaynar suda kələm pörtlədilir. Pörtlədilmiş kələmin yarpaqları bir – birindən ayrılır. Kələmin qalın zoğları varsa, onlar kəsilir.
Hər dolma üçün üç ədəd kələm yarpağı götürülür.
Hazırlanan qiymə qarışığı kiçik parçalar halında pörtlədilmiş kələm yarpaqlarının içərisinə qoyulur. Qiymə kələm yarpaqlarına bükülür.
Bükülmüş dolmalar səliqə ilə qazana düzülür.
Bəzən alt hissədə olan dolmaların yanmaması üçün qazanın dibinə pörtlədilmiş kələm yarpaqları düzülür.
Dolmalar bükülüb qazana yığıldıqdan sonra üzərinə yavaş – yavaş qaynar su və ya ət bulyonu tökülür.
Ağırlıq üçün Kələm dolması üzərinə kiçik bir tabaq tərs çevrilərək qoyulur.
Dolma vam odda bişirilir.
Kələm dolması bişənə yaxın (bişməyə təqribən 20 dəqiqə qalmış) üzərinə şəkər və sirkə əlavə edilir.
Dolma süfrəyə verilərkən üzərinə bişirildiyi sous və biraz da darçın tozu səpilir.

Nuş olsun!

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ