Toyuqlu bozartma resepti

Toyuqlu bozartma resepti
Tarix :

28-12-2018, 23:30

Tərkibi:

Toyuq - 200 qr
Soğan - 1 ədəd, orta ölçülü
Kartof - 2 ədəd
Acı bibər - 1 ədəd
Zeytun yağı - 2 y.q.
Dəfnə yarpağı - 2 ədəd
Sarımsaq - 1 diş
Limon suyu - 2 y.q.
Göyərti və ədviyyələr - bir neçə budaq
Duz istiot ədviyyat - zövqə görə

Hazırlanması:
Soğanı təmizləyin, yuyun və doğrayın. Kartofu iri dilimlərə doğrayın. Sarımsağı təmizləyin. Toyuğu soğanla qızardın. Toyuq qızarmağa başlayanda, doğranmış kartofları əlavə edin.

Daha sonra 3/1 acı bibər, dəfnə yarpağı, üyüdülməmiş istiot və zövqə görə ədviyyələr əlavə edin. Suyu elə tökün ki, o tərəvəzlərin üstünü örtsün. Hazırlamanın sonunda limon suyu əlavə edin və istəyə görə bir diş sarımsaq əzin.

Nuş olsun!

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ