Kükü resepti

Kükü resepti
Tarix :

28-12-2018, 23:28

Tərkibi:


Təzə keşniş - 2 dəstə
Şüyüd - 1 dəstə
Nanə - 1/2 dəstə
Yaşıl soğan - bir neçə budaq
Təzə ispanaq - 50 q
Yumurta - 5 ədəd
Zeytun yağı -4 y.q.
Duz - 1/2 ç.q.
Üyüdülmüş qara istiot - zövqə görə

Sous üçün:
Qatlq - 1/2 stəkan
Sarımsaq - 1 diş

Hazırlanması:
Bütün göyərtiləri təmiz yuyub, xırda-xırda doğrayırıq. Böyük kasada yumurtanı çırpırıq, göyərtini əlavə edib, yaxşıca qarışdırırıq. Duz və istiot əlavə edirik. Qarışımı tavaya töküb orta ocaqda səkkiz dəqiqə ərzində bişiririk. Yavaşca çevirin ki, kükünün digər tərəfi də qızarsın. Qatıqlı sousla süfrəyə verin - sarımsağı əzin və qatıqla qarışdırın.

İspanaqda yüksək miqdarda zülal və selüloz var. O bağırsağın işini və ona bağlı olaraq arıqlamanı dəstəkləyir, peristaltikanı normallaşdırır, yüngül tonus və antiinflammatuar təsir göstərir.

Eyni zamanda ispanaq gözəlliyimizin qayğısına qalır: dişlər, dırnaqlar, saç və dəri. İspanaqdakı dəmir sellülit yaranmasının qarşısını alır.

Nuş olsun!

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ