Qaqauzlar

Qaqauzlar
Tarix :

11-01-2022, 21:39

Qaqauzların ümumi sayı təqribən 250 min nəfərdir, əsasən Moldovada yaşayırlar. Qaqauz dili türk dillərinin oğuz qrupuna aiddir. Dinləri əsasən pravoslavdır. 

Qaqauz xalqının adı uzun müddət tədqiqat obyektinə çevrilməmişdi. 

Kökü göy oğuzlarla bağlı olan qaqauzlar indi yaşadıqları Moldova Respublikasının cənubunda yerləşən Bucaq düzünə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Bolqarıstanın şimal-şərqindən köçüb gəlmişlər. Onlardan əvvəl burada türklərin, o cümlədən noqayların yaşadığı bölgənin toponimləri də sübut edir. Moldaviyada qaqauz kənd və bölgələrinin yerləşdiyi ərazinin sahəsi 1,8 min kv kilometrdir. 

Qaqauzların əksəriyyəti pravoslav məzhəbinə bağlıdır. Lakin Qaqauzuların  katolik, subbotnik və evangelist olanları da var. 

Dünyadakı akademik dairələr tərəfindən Qaqauzların Oğuz mənşəli Türk milləti olduğu qəbul edilmişdir. Qaqauz xalqı Balkanlara və indiki Ukraynaya ilk dəfə 11-ci əsrdə Asiyadan köçmüş və Peçenek, Uz (Oğuz) və Qıpçaq türkləri ilə eyni soydan gəldiyi düşünülür. Qaqauz dili Moldovanın Qaqauziya Muxtar Vilayətində yaşayan Qaqauz xalqının dilidir və Oğuz qrupuna bağlı bir Türk dilidir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ