Qəznəvilər dövləti

Qəznəvilər dövləti
Tarix :

12-01-2018, 17:33

Qəznəvilər (Şablon:Lang-fa Qəznəviyyə) — 963-1186-cı illərdə Mavarənnəhr, Əfqanıstan, Şimali Hindistan və Xorasanda hökm sürmüş türk xanədanlığı. Qəznəvi sülaləsi öz adını paytaxtları olmuş Qəznə şəhərinin adından götürmüşdür.

Qəznəvilər dövlətinin əsasını 963-cü ildə Samani sərkərdələrindən olan, keçmiş qulam Alp Təkin qoymuşdur. Ancaq dövlətin inkişafı Səbuk Təkinlə əlaqədardır. Səbuk Təkin Qəznə şəhərini dövlətin paytaxtı elan etmişdi. Səbuk Təkinin oğlu Sultan Mahmudun dövründə imperiyanın sərhədləri, Ceyhundan Hind çayına və Hind okeanına qədər uzanmışdı. I Məsudun dövründə isə imperiya zəifləməyə başlamışdı. Onun dövründə Xarəzm Qəznəvilərdən ayrılmağa başladı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar Qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. Səlcuq imperiyasının dağılmasından sonra qüvvətlənən Qurilər, Qəznəvi hökmdarı Xosrovşahı 1157-ci ildə məğlub edərək ölkənin paytaxtını tutdular. Lahora çəkilən Qəznəvilər hakimiyyətlərini burada davam etdirməyə başladılar. 1186-cı ildə son Qəznəvi hökmdarı Xosrov Məlikin Qurilər tərəfindən əsir alınması ilə Qəznəvi dövləti tamamilə süqut etdi. 

Qəznəvilərin adı tarixi mənbələrdə "Yəminilər" və "Səbutəkinilər" kimi də qeyd edilir. Qəznəvi hakimiyyətindən əvvəl də Əfqanıstanda türk tayfaları hökm sürmüşdülər. Həmin türk tayfaları Qəznəvilər dövlətinin qurulmasında da böyük rol oynadılar. Dövlətin qurucusu Səbuk Təkin, qulam kimi Samanilər ərazisinə gətirilmiş və sonradan müsəlman olmuşdur. Səbuk Təkinin öz Nəsihətnaməsinə (Pənd-Namə) görə o, Türküstandan gəlmiş "Barsaq" türk tayfasındandır. Səbuk Təkin qulam olaraq Samani əmiri Alp Təkin tərəfindən alınmışdır. Əbülqazi Bahadır xan isə Səbuk Təkinin qayı oğuz boyundan olduğunu yazır. 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ