Qacarlar dövləti

Qacarlar dövləti
Tarix :

12-01-2018, 16:49

Qacarlar (farsca: سلسله قاجاریه) — İranda 1796 və 1925-ci illər arasında hakimiyyətdə olmuş Azərbaycanlı sülaləsidir. Paytaxtı Tehran şəhəridir. Qovanlı türk tayfasından olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. XVI-XVII əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah AbbasSəfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. 1796-cı ildə Zənd sülaləsinin sonuncu hökmdarını məğlub etdikdən sonra Ağa Məhəmməd xan Azərbaycanı və İranı Qacar hakimiyyəti altında birləşdirmişdir.

Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Dəvəlilərə dəstək vermişdir. 1758-ci ildə Məhəmməd Həsən Xan Koyunlu qolunun başına keçmiş və Zənd Xanədanı içində iştirak etmişdir.

Ağa Məhəmməd, Kərim xan Zəndin ölümündən sonra 1779-da Şirazda qaçmağı bacarmış və 1778-ci ildə Çar Rusiyasını geri çevirərək Astarabadda dəvəli qolunu məğlub edərək Qacar Konfederasiyasının birləşdirmişdir.

1796-cı ildə İranı birləşdirərək Tehranın paytaxtı Kaçar sülaləsini qurdu.

Ağa Məhəmməd bir tərəfdən Güney İrandakı Zend Xanədanı ilə mübarizə edərək digər tərəfdən Şimali İranda hakimiyyətini genişləməyə davam etmişdir. 1785-ci ildə Xəzər dənizinin sahilini əldə etdi və mərkəzini Tehrana köçürdü.

1794-də Lütfəli Xanı əsir götürərək Zənd xanədanını yıxmış və 1795-də Rusiyanın himayəsini istəyən Gürcüstanı fəth edərək üstünlüyünü qəbul etdirmişdir. Tiflisi aldıqdan sonra Tehrana dönərək 1796da Şah olaraq taxta çıxıb Ağa Məhəmməd Şah olmuş və sonra Məşhədə araram adla davam etməkdə olan Əfşar Xanədanını tamamilə yıxmışdır.

1796-cı ildə çar Rusiyasının Gürcüstana yürüşündən narahat olan Ağa Məhəmməd şah Gürcüstana doğru hərəkət etmiş, lakin 19 iyun 1797-cu ildə sui-qəsdi nəticəsində öldürülmüşdür.

21 yanvar 1898-ci ildə Təbrizdə anadan olan Soltan Əhməd, 11 yaşında şah taxtına qalxmışdır. Ancaq Birinci dünya müharibəsi illərində İranın rus, ingilis və Osmanlı qoşunları tərəfindən işğalı Sultan Əhməd şahın nüfuzunun itməsilə nəticələnmişdir. 1921-ci ilin fevral ayında dövlət çevrilişinə başcılıq edən Rza xan Pəhləvi İranda ən nüfuzlu şəxsiyyətə çevrilmişdir. 1923-cü ildə Sultan Əhməd şah İranı həmişəlik tərk etmişdir və 1925-ci ildə Məclisin qərarı ilə Qacar hökmdarlığının sonu qoyulmuşdur. 1925-ci ildən 1979-cu ilə qədər İrana Pəhləvi sülaləsinin şahları hökmdarlıq etmışlər. 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ