Qaraxanilər dövləti

Qaraxanilər dövləti
Tarix :

12-01-2018, 17:30

Qaraxanilər dövləti — 840-1032-ci illərdə Mərkəzi Asiyada mövcud olmuş Türk dövləti. Paytaxtı Qaşqar şəhəri olub. IX əsrdə Şərqi Türkistan, Yeddisu və Tyan Şan dağlarının şimal ətəklərində Aşina türk soyuna mənsub olan türk dilli qarluqlar yaşayırdilar. "Qarluq" türk sözü olub "qarlıq", "qar yığımı" mənasını verir.

Şərqi Qaraxanlılar dövlətinə Şaş, yaxud Çaç (sonrakı adı: Daşkənd), onun şərqində Talas, şimalında İsficab (Çimkənd), Yeddisu bölgəsi, Fərqanə vadisinin böyük bir qismi, Qaragölə tökülən Qaşğar çayı üzərindəki Ordu-Kənd, yaxud Qaşqar, onun cənubunda Yarkənd, İssık-Kulun qərbindən axan Çu çayının üzərində yerləşən Kuz-Ordu, yaxud Balasaqun, onun yaxınlığındakı Qara-Ordu, Balxaş gölünə tökülən İli çayının sahilindəki Almalıq, cənub-şərqdə Cunqariya bozqırları, Alagöl gölü, İrtış çayı,Təklə-Məkan səhrası, sərhədə yaxın Xotən şəhəri, Hindiquş və Qaraqorum dağları arasındakı Gilgit şəhəri daxil idi.

Xilafətin zəifləməsi Qaşqarda ilk türk-islam dövləti yaradan bu dövlətin təsisçisi Əbdülkərim Satuq Buğra Qaraxan Ərəb mədəniyyəti yerinə türk dili və mədəniyyətinin əsasını qoydu.

Qaraxanlı hökmdar sülaləsi əski Türğişxaqanlarının nəslindəndir. Türgişlər, əski qərbi Göytürklərinin ən güclü və əhəmmiyətli bir boyu olup son xaqanların hamısı bu boydan gəlmişdilər.

Qaraxanlılar İslam dinini qəbul etmiş ilk türk sülalələrindən biri idi. Qaraxanlı dövlətinin əsasını Qutluq Bilgə Qədir xan qoymuşdu. O özünü «Qara xan», yəni «Böyük xan» adlandırdığı üçün sülalə də onun adı ilə Qaraxanlı adlanırdı. Qaraxanlı dövlətinin ərazisi Balxaş gölündən başlayaraq Hindiquş dağlarına qədər olan torpaqları əhatə edirdi. Dövlətin paytaxtları Qaşqar, Balasaqun və Uzgen şəhərləri olmuşdu.

Türk dünyasında ilk dəfə islamı qəbul etmiş Qaraxanilər dövlətinin 11 hökmdarı olmuşdur

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ